525.Az

200 əlilə avtomobil verildi


 

200 əlilə avtomobil verildi<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (ƏƏSMN) cari ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlillidir.
 
Dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanı ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizədək artırılıb. Son bir ildə isə həmin təqaüdlərin orta aylıq məbləğində 68 faiz artım özünü göstərib. Eyni zamanda, həmin şəxslərin xüsusi nəqliyyatla təminatında mühüm addımlar atılır. Belə ki, dövlət başçısının sərəncamına əsasən, cari ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin  minik avtomobili ilə tam təminatı həyata keçirilib.
 
Bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərin də xüsusi avtonəqliyyatla tam təminatı istiqamətində ƏƏSMN tərəfindən əməli işlər aparılır. Bu gün onlardan artıq 200 nəfəri avtomobillə təmin olunur və qalanlarına da yaxın aylarda avtomobillər təqdim ediləcək.
 





20.06.2014    çap et  çap et