525.Az

İran universitetlərində Məhsa Əmini etirazları davam edir


 

İran universitetlərində Məhsa Əmini etirazları davam edir<b style="color:red"></b>

İranda 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər ölkənin bir çox universitetlərində davam edir.

525.az xəbər verir ki, tələbələr başda paytaxt Tehran olmaqla Məşhəd, Zəncan, Erak, Kürdüstan, Senendec, İsfahan, Mazandaran, Şiraz, Həmədan və Qəzvin şəhərlərindəki universitetlərdə nümayişlər keçiriblər. Hökumət əleyhinə şüarların səsləndirildiyi nümayişlərdə tələbələr həbsdə olan dostlarının tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Erak Universitetinin tələbə yataqxanasına təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi anlara aid olduğu iddia edilən bəzi görüntülər sosial mediada paylaşılıb. Müdaxilə zamanı bəzi tələbələrin rezin güllələrdən yaralandığı iddia edilib. Tehran Universitetində mühafizəçilər Psixologiya fakültəsinin girişində bir çox tələbənin tələbə vəsiqələrini müsadirə edərək onların fakültəyə daxil olmasına mane olublar. Əllamə Tebatebayi Universitetinin bəzi tələbələri isə etirazlara dəstək verdikləri üçün universitet və tələbə yataqxanasından müvəqqəti olaraq uzaqlaşdırıldıqlarına dair SMS bildiriş aldıqlarını açıqlayıblar.

Qeyd edək ki, nümayişlərdə zaman-zaman etirazçılarla təhlükəsizlik qüvvələri və hökumətyönlü tələbələr arasında toqquşmalar baş verir.

Məhəmməd Tağıyev

 





31.10.2022    çap et  çap et