525.Az

Ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq


 

Ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq<b style="color:red"></b>

"Məlumat üçün bildirim ki, yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq".

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib.

"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq".

Sevinc Qarayeva
 

 





31.10.2022    çap et  çap et