525.Az

Tunisdə qeyri-qanuni miqrasiya cəhdlərinin qarşısı alınıb


 

Tunisdə qeyri-qanuni miqrasiya cəhdlərinin qarşısı alınıb<b style="color:red"></b>

Tunisin cənub bölgəsində yerləşən Sfaks şəhərində təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlar nəticəsində bir çox qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb.

525.az xəbər verir ki, Avropaya keçmək üçün Tunisin cənub bölgəsindəki sahil şəhərlərindən istifadə edən Səhraaltı Afrika ölkələrindən olan qeyri-qanuni miqrantlara qarşı aparılan əməliyyatlarda aralarında qadın və uşaqların da olduğu onlarla qeyri-qanuni miqrantlar yaxalanıb. 

Əməliyyatlar zamanı saxlanılan immiqrantlar məhkəmə istintaqı çərçivəsində izahatlarını almaq üçün Sfaks Respublika Prokurorluğuna sövq edilib. Tunisin Daxili İşlər Nazirliyi, 2021-ci ildə 20 616 qeyri-qanuni miqrantın saxlanıldığını, onlardan 10 371-i Səhraaltı Afrikadan olduğunu açıqlamışdı. Milli Qvardiyanın avqustun 25-də verdiyi bəyanatda bildirilir ki, 2022-ci ilin əvvəlindən Tunis boyu Avropaya 1509 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb. Beynəlxalq Miqrasiya Təşkilatının oktyabrın 26-da açıqladığı hesabatda, 2021-ci ilin yanvar ayından bəri əksəriyyəti Liviya və Tunis sahillərindən İtaliya və ya Maltaya keçməyə çalışan 2836 qeyri-qanuni miqrantın qayıqlarının batması nəticəsində həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, hər il minlərlə miqrant daha yaxşı həyat ümidi ilə Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur. Miqrantların bəziləri Avropaya çata bilir, bəziləri isə dənizdə ölür.

Məhəmməd Tağıyev

 





31.10.2022    çap et  çap et