525.Az

BSU-da "Azərbaycanın regionları. Yeni inkişaf dövrü" kitabının müzakirəsi keçirildi


 

BSU-da "Azərbaycanın regionları. Yeni inkişaf dövrü" kitabının müzakirəsi keçirildi<b style="color:red"></b>

İyunun 19-da Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi Ölkəşünaslıq Elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə BSU-da "Azərbaycanın regionları. Yeni inkişaf dövrü" adlı 3 cildlik kitabın müzakirəsi keçirildi. Ali təhsil müəssisəsinin konfrans zalında universitet əməkdaşlarının tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru prof. Asif  Hacıyev kitab haqqında ətraflı məlumat verdi: "1969-cu ildən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ölkənin sosial-iqtisadi, mədəni potensialının güclənməsinə xüsusi diqqət yetirməyə başladı. Həmin missiyanı bu günə qədər davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində respublikamız inkişaf səviyyəsinə görə dünya ölkələri sırasında öz layiqli yerini tutmaqdadır." Azərbaycanın regionları. Yeni inkişaf dövrü" 3 cildliyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İ.Əliyevin təşəbbüsü bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin 2004- il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-20013- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, eləcə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlət başçısı tərəfindən qəbul edilmiş bir sıra digər qərarların icrası sahəsində görülən işləri əks etdirir".

Prof. Asif Hacıyev müxtəlif ixtisaslar üzrə təhsil alan universitetin azərbaycanlı əcnəbi tələbərinə ölkəmizin potensialını daha yaxından tanıtmaq üçün kitabda əks olunanları onlara daha dərindən öyrətməyin  məqsədəmüvafiq olduğunu xüsusən vurğuladı.

Müzakirədə dos.Qalib Barxalov, dos.Sevda Axundova, dos.Ərzuman Əmirov, baş müəllim Zibeydə Abbasova başqaları kitabın mövzusu ətrafında müxtəlif aspektdən çıxış etdilər, bu tipli nəşrlərin tədris prosesində istifadəsini vacib saydılar.

Günay ƏLİYEVA

 





20.06.2014    çap et  çap et