525.Az

Avropada dərinləşən enerji böhranı son həddə çatıb


 

Avropada dərinləşən enerji böhranı son həddə çatıb<b style="color:red"></b>

Avropa enerji böhranından alternativ çıxış yolu axtararkən bəzi ölkələr qitənin yüksək qiymətlərini gəlirə çevirir. Çin Vaşinqtondan aldığı maye qazı Avropa İttifaqına baha qiymətə satır. Bir çox Amerika şirkətləri daxili bazar əvəzinə Avropaya üstünlük verirlər. 

525.az xəbər verir ki, Avropanın enerji böhranı dərinləşdiyi bu günlərdə Böyük Britaniyanın ehtiyatlarında cəmi 8-9 günlük enerjinin qaldığı bildirilir. Paris və Amsterdam hökumətlərinin vəziyyəti də ürəkaçan deyil. 

Fransanın təxminən 100 günlük, Niderlandın isə 123 günlük təbii qazının qaldığı bildirilir. Qitədə artan qiymətlər şirkətlər üçün cəlbedicidir. Wall Street Journal qəzetinin iddiasına görə, Çin şirkətləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə imzalanmış mayeləşdirilmiş təbii qaz sövdələşmələrini mənfəətə çevirir; ABŞ-dan aldığı qazı Avropaya baha qiymətə satır. Şirkətlərin bu biznesdən yüz milyonlarla dollar qazanc əldə etdiyi bildirilir.

Malik Atilay

 





31.10.2022    çap et  çap et