525.Az

Dünyada son zamanların ən ölümcül izdihamları - ARAŞDIRMA


 

Dünyada son zamanların ən ölümcül izdihamları - <b style="color:red">ARAŞDIRMA</b>

Cənubi Koreyanın paytaxtı Seulda şənbə gecəsi on minlərlə insanın Hellouin bayramını qeyd etmək üçün küçələrə çıxması nəticəsində baş verən izdihamda ən azı 153 nəfər həlak olub. Bu hadisə hac mərasimlərindən tutmuş stadionlara qədər son illərin ən ölümcül izdihamlarını yada saldı. 

525.az son illərdə yaşanmış ən yaddaqalan izdihamların bəzilərini sizə təqdim edir.

Aprel, 1989: İngiltərənin ən pis idman fəlakəti kimi qeyd olunan Şeffilddəki Hillsborough stadionunda İngiltərə FA Kubokunun yarımfinalında Liverpul və Nottingem Forrest arasında keçirilən matçda azarkeşlərin baryerlərə ilişməsi nəticəsində 96 nəfər ölüb, 200-dən çox insan yaralanıb. 

İyul, 1990: Məkkədə Həcc ziyarəti zamanı 1426 zəvvar namizədi Mina və Ərəfata doğru gedən 550 metr uzunluğunda, 11 metr enində əl-Mueysem tunelində yaranan izdihamda həyatını itirib.

May, 1994: Yenə Həcc dövründə 270 zəvvar namizədi şeytanı daşqalaq edərkən Cəmarat körpüsündə yaranan izdihamda həyatını itirib. 

Aprel, 1998: Cəmarat körpüsündə izdihamda 119 nəfər həyatını itirib. 

May, 2001: Qananın paytaxtı Akkradakı stadionda polisin gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində baş verən davada ən azı 126 nəfər həlak olub.

Fevral, 2004: Həcc mövsümündə Cəmarat körpüsündə yenidən izdihamda 251 nəfər həyatını itirib. 

Yanvar, 2005: Hindistanın Maharaştra əyalətindəki monastırı ziyarət edən 265 hindu zəvvar izdihamda ölüb. 

Avqust, 2005: İraqın paytaxtı Bağdadda İmam Musa Kazimin anım mərasiminə toplaşanlar arasında çaxnaşma yarandığında Dəclə çayı üzərindəki Əl-Əymə körpüsündə yaranan izdihamda ən azı 1005 nəfər həyatını itirib. 

Yanvar, 2006: Şeytanın daşqalaq edilməsi zamanı Cəmarat körpüsünün şərq girişindəki sıxlıq nəticəsində 362 nəfər həyatını itirib. 

Avqust, 2008: Hindistanın Himaçal Pradeş əyalətindəki Naina Devi məbədində torpaq sürüşməsi ilə bağlı şayiələrdən sonra başlayan izdihamda ən azı 145 nəfər həlak olub.

Sentyabr, 2008: Hindistanın Codpur şəhərindəki Çamuda məbədində izdihamda 147 nəfər ölüb. 

İyul, 2010: Almaniyanın Duisburq şəhərində texnomik musiqi festivalında insanların tuneldə ilişməsi nəticəsində 19 nəfər ölüb, 342 nəfər yaralanıb. 

Noyabr, 2010: Kambocanın paytaxtı Pnon Penhdə su festivalının son günündə körpüdə yaranan izdihamda ən azı 350 nəfər ölüb. 

Yanvar, 2013: Braziliyanın Santa Maria şəhərində bir gecə klubunda baş verən yanğınla başlayan izdihamda darvazalardan çıxa bilməməsi nəticəsində 230-dan çox insan həyatını itirib. 

Oktyabr, 2013: Hindistanın Madhya Pradeş əyalətində məbədə aparan körpünün bəzi məhəccərlərinin uçması ilə başlayan panikada 115 nəfər həyatını itirib. 

Sentyabr, 2015: Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı 717 nəfər həlak olub, 863 nəfər yaralanıb. 

Aprel, 2021: İsraildə dini bayram zamanı yaranan izdihamda ən azı 44 nəfər ölüb. 

Noyabr, 2021: ABŞ-ın Texas ştatında rep ulduzu Travis Scottun konserti zamanı izdiham səhnəyə doğru irəliləyərkən başlayan qarışıqlıqda ən azı 9 nəfər ölüb. 

May, 2022: Nigeriyanın cənubundakı kilsədə ərzaq yardımının göstərildiyi izdihamda ən azı 31 nəfər ölüb. 

Oktyabr, 2022: İndoneziyada polisin hadisələri yatırtmaq üçün müdaxiləsi nəticəsində stadionda yaranan izdihamda ən azı 125 nəfər ölüb, 320-dən çox insan yaralanıb.

Malik Atilay

 





31.10.2022    çap et  çap et