525.Az

Fizika müsabiqəsinin I mərhələsində iki mindən çox şagird iştirak edib


 

Fizika müsabiqəsinin I mərhələsində iki mindən çox şagird iştirak edib<b style="color:red"></b>


Fizika fənni üzrə 8-9-cu siniflər arasında müsabiqənin I mərhələsi keçirilib.

Təhsil İnstitutunun mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, onlayn formatda keçirilən müsabiqənin birinci mərhələsində şagirdlərə 9-cu sinif proqramına uyğun suallar təqdim edilib. Müsabiqənin birinci mərhələsində 2040 şagird iştirak edib. 48 baldan yüksək nəticə göstərən şagirdlər ikinci mərhələdə iştirak edəcəklər. İkinci mərhələ haqqında məlumat olimpiada.edu.az saytı vasitəsilə veriləcək.

Qeyd edək ki, müsabiqə uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilib. Müsabiqə fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə həyata keçirilir.

Sevinc Qarayeva

 

 





31.10.2022    çap et  çap et