525.Az

"İnsanın oxuduğunu və dinlədiyini dərk etməsi idraki bacarıqdır"


 

"İnsanın oxuduğunu və dinlədiyini dərk etməsi idraki bacarıqdır"<b style="color:red"></b>


“Sertifikasiyadan biz görürük ki, bizim müəllim, hətta cəmiyyət səviyyəsində oxuduğunu anlamaq və suala cavab vermək bacarıqları aşağıdır”.

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir məktəblərdə oxuyub-anlama bacarıqlarının uzun müddət ölçülmədiyini bildirib:

“Bu insanları pis adam etmir, sadəcə oxuyub anlama bacarıqlarının səviyyəsini göstərir. Bəzən insanlar bunu şəxsi məsələ kimi qəbul edirlər. Məsələn,  mən kiməsə oxuduğunu anlamadağını deyəndə, həmin şəxs onu təhqir kimi qəbul edir. Amma mən sadəcə həmin bacarığın ölçmə meyarında aşağı olduğunu qeyd edirəm. İnsanın oxuduğunu və dinlədiyini dərk etməsi idraki bacarıqdır. Bizim məktəbimiz isə bu bacarığı çox uzun müddət ölçməyib. Hələ son modellərdə 9-11-ci siniflərində imtahanlarında biz Azərbaycan dilindən şagirdin oxuyub-anlama bacarığı öyrənilir. Bundan öncə isə sadəcə dil qaydaları soruşulurdu”.

Nazir əlavə edib ki, hətta sosial mediadan da görürük ki, dinlədiyini anlamaqda da müəyyən problemlər yaşanır: “İnsan bir fikri digərilə qarışdırır. Bunlar hamısı əmək bazarına çox ciddi təsir edən məqamlardır”.

Sevinc Qarayeva
 

 





31.10.2022    çap et  çap et