525.Az

“Bu doğru yanaşma deyil” - Nazir


 

“Bu doğru yanaşma deyil” - <b style="color:red"> Nazir</b>

“Bu gün bizim yaşlı nəsil 7 yaşlı uşağın nə öyrənməli olduğunu müəyyən edir, hər şeyi bilməsini istəyir. Beləliklə 1-10-cu siniflər arası 300-dən artıq kitab meydana gəlir.  İndiki məqamda “hansı fənni çıxarmaq lazımdır?” sualı meydana gəlir ki, bu doğru yanaşma deyil. İnteqrativliyə getmək lazımdır”. 

525.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, hər hansı bir fənni azaltmaq, dərs saatına əsasən, o fənni tədris edən müəllimin əməkhaqqını da azaltmaq deməkdir: 

“Ona görə də biz bu müzakirələri bəzən çox dərinə getmədən, səthi olaraq aparırıq. Bəli, uşaqlarımızın daha müvafiq məzmunla təmin edilməsi vacibdir. Amma bu bizim müəllimlərimizdən də, cəmiyyətimizdən də, daha adekvat, soyuqqanlı, daha az emosiyalı olan konstruktiv, elmi müzakirə tələb edir”.

Sevinc Qarayeva

 





31.10.2022    çap et  çap et