525.Az

Hüseyn Bağırov Qusarda qəbul keçirəcək


 

Hüseyn Bağırov Qusarda qəbul keçirəcək<b style="color:red"></b> Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qusar şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən 525.az-a verilən xəbərə görə, iyulun 1-də Qusar şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə bilər.
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə müraciət edə bilərlər.
 
Həmçinin, vətəndaşlardan Qusar Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Qusar şəhəri, Heydər Əliyev prospekti - 153, əlaqə telefonları: 050 335 00 11; 051 453 90 96; 023 38 528 91 ) da xahiş olunur.
 





20.06.2014    çap et  çap et