525.Az

Norveçdə neonasistləri dəstəkləyən nümayişdə 35 nəfər saxlanılıb


 

Norveçdə neonasistləri dəstəkləyən nümayişdə 35 nəfər saxlanılıb<b style="color:red"></b>

Norveçin paytaxtı Osloda neonasist qruplaşmasının icazəsiz nümayişi zamanı 35 nəfər saxlanılıb.

525.az xəbər verir ki, Oslo polisi nasist tərəfdarı nümayişçilərin parlamentdən lazımi icazə almadan paytaxtda etiraz aksiyası keçirdikləri üçün saxlanıldığını açıqlayıb. 

Oslo polisinin sosial media hesabından verdiyi açıqlamada: "Qrup üzvləri nümayiş üçün icazə almadıqları və polisin dağılış xəbərdarlığına əməl etmədikləri səbəbi ilə saxlanılıb", - deyilib. 

Digər tərəfdən, Norveç dövlət televiziyası “NRK” ifrat sağçı qrupun təşkil etdiyi aksiyaya reaksiya vermək üçün bir qrup solçu fəalın da eyni bölgəyə getdiyini və polisin qarşıdurmanın qarşısını almaq üçün barrikadalar qurduğunu bildirib.

Malik Atilay

 





31.10.2022    çap et  çap et