525.Az

Ramiz Rövşənin "Poeziya gecəsi" - VİDEO


 

Ramiz Rövşənin "Poeziya gecəsi" - <b style="color:red">VİDEO</b>

LIBRAFF kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında xalq şairi Ramiz Rövşənin iştirakı ilə şairə həsr edilən "Poeziya gecəsi" keçirilib. Görüşdə tanınmış qələm sahibləri, incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ramiz Rövşənin Poeziya gecəsində bədii qiraətçi, aktyor, rejissor və aparıcılar şairin şeirlərini səsləndiriblər.

Tədbirin maraqlı məqamlarından biri də Ramiz Rövşənlə xalq artisti Mehriban Zəkinin ifasında "Qara paltarlı qadın" şeirinin səsləndirilməsi olub.

Oktyabrın 29-da baş tutmuş tədbiri daha ətraflı “525-ci kanal”da izləyə bilərsiniz.

Nigar Abbasova

 





31.10.2022    çap et  çap et