"Instagram"da naməlum fasilə səbəbindən istifadəçilər hesablarının dayandırıldığı barədə mesajlar almağa başlayıblar.
525.az xəbər verir ki, "İnstagram" sosial media şəbəkəsindən istifadə edən bir çox istifadəçi hesablarının dayandırıldığı mesajını görüb. DownDetector-a görə, problemlər GMT saatı ilə 13:08-də başlayıb və bütün dünyada istifadəçilərə təsir edir. Kəsilmə səbəbi bəlli olmasa da, çox sayda istifadəçi hesablarının dayandırıldığını bildirib.
Məhəmməd Tağıyev