525.Az

Zooparkdan qaçan kral kobra, bir həftə sonra geri qayıtdı


 

Zooparkdan qaçan kral kobra, bir həftə sonra geri qayıtdı<b style="color:red"></b>

İsveçin Stokholm şəhərindəki zooparkdan qaçan 2.2 metr uzunluğundakı kral kobra bir həftə sonra öz terrariumuna qayıdıb. 

525.az xəbər verir ki, Skansen Akvariumunun meneceri Jonas Wahlstrom, "Sir Vass" adlı kral kobranın yuvasına qayıtdığını açıqlayıb. 

Wahlstrom qeyd edib ki, kral kobra qaçdıqdan bir həftə sonra öz yuvasına qayıdarkən tapılıb. İlan oktyabrın 22-də Skansen Açıq Hava Muzeyi zooparkındakı terrariumun tavanındakı işıqlandırma boşluğundan qaçıb. X-ray cihazları ilə aparılan axtarışlar nəticəsində ilanın yeri həftənin əvvəlində müəyyən edilsə də, kral kobra yenə də izini itirməyi bacarıb.

Malik Atilay

 





31.10.2022    çap et  çap et