525.Az

Rusiya yeni nüvə sualtı qayığını sınaqdan keçirib


 

Rusiya yeni nüvə sualtı qayığını sınaqdan keçirib<b style="color:red"></b>

Rusiya 16 ballistik raket daşıya bilən nüvə sualtı qayığını sınaqdan keçirib.

525.az xəbər verir ki, rusiyalı general Nikolay Yevmenov Rusiya nizami donanmasının yaradılmasının 326-cı ildönümü ilə bağlı çıxışında ən yeni nüvə enerjili strateji sualtı "Generalissimo Suvorov"un sınaqdan keçirildiyini bildirib. Hərbi Dəniz Qüvvələrinin rəisi bildirib ki, sualtı qayıq Severodvinsk şəhərində Rusiyanın ən böyük gəmiqayırma müəssisəsi olan "Sevmaş" müəssisəsində hazırlanıb. "Generalissimo Suvorov" Rusiyanın 4-cü nəsil ballistik raket sualtı qayıqlarının 6-cı və təkmilləşdirilmiş "Borei-A" sinifinin 2-ci seriyalı istehsal gəmisi kimi tanınır.

Qeyd edək ki, hər bir "Borei-A" sinif gəmisi nüvə başlıqları olan 16 "Bulava" sinfinə aid raket daşıya bilər.

Məhəmməd Tağıyev

 





01.11.2022    çap et  çap et