525.Az

Rusiyalı milyarder Rusiya vətəndaşlığından imtina edib


 

Rusiyalı milyarder Rusiya vətəndaşlığından imtina edib<b style="color:red"></b>

Rusiyalı milyarder Oleq Tinkov Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb.

525.az xəbər verir ki, rusiyalı milyarder Oleq Tinkov Ukraynanın Rusiya tərəfindən işğalına qarşı çıxaraq Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb. 

Qərarı sosial media hesabından açıqlayan Tinkov: "Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldim. Dinc qonşuları ilə müharibəyə başlayan, hər gün günahsız insanları qətlə yetirən faşist ölkə ilə bağlı ola bilmərəm və olmayacağam da. Rusiyanın aparıcı iş adamları mənim arxamca gələcək, bu da Putinin rejimini və iqtisadiyyatını zəiflədir və “Mən Putinin Rusiyasına nifrət edirəm, amma açıq şəkildə müharibəyə qarşı çıxan bütün rusları sevirəm”, - deyə bildirib.

Malik Atilay

 





01.11.2022    çap et  çap et