525.Az

Elon Musk "Dogecoin"in kəskin yüksəlməsinə səbəb oldu


 

Elon Musk "Dogecoin"in kəskin yüksəlməsinə səbəb oldu<b style="color:red"></b>

Nəhayət, "Twitter"i satın alan "Tesla" və "SpaceX" CEO-su Elon Musk sosial media şəbəkəsində etdiyi paylaşımla "Dogecoin"in kəskin yüksəlişində mühüm rol oynayıb.

525.az xəbər verir ki, son illərdə kriptovalyutalarla bağlı açıqlamaları ilə bazarda söz sahibi olan Elon Musk rəqəmsal aktivlərə təsirini davam etdirir. Xüsusilə də keçən həftə rəsmi olaraq "Twitter"i aldığını açıqlayan Elon Musk bu gün etdiyi paylaşımla "Dogecoin"in qiymətinin bahalaşmasına səbəb olub.

Elon Musk hesabında "Dogecoin" simvolu olan iti, "Twitter" köynəyini və "Twitter"in loqosu həkk olunmuş "Halloween" simvolu olan balqabağı paylaşıb.

Elon Maskın paylaşımından sonra "Dogecoin" yüksəlməyə başlayıb. 18 faizdən çox bahalaşan Dogecoin 0,15000 dollar səviyyəsinə yüksəlib.

Fərid Sançar

 





01.11.2022    çap et  çap et