525.Az

"Bələdiyyələrə ciddi problemləri həll etmək səlahiyyəti vermək məqsədəuyğun deyil"


 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevin "525"ə müsahibəsi

"Bələdiyyələrə ciddi problemləri həll etmək səlahiyyəti vermək məqsədəuyğun deyil"<b style="color:red"></b>

- Azərbaycanda bələdiyyə institutunun yaradılmasından düz 15 il ötsə , bu institutun insanların güvənə biləcəyi yerli özünüidaretmə orqanına çevrilməsi təəssüflər olsun ki, hələ tam mümkünləşməyib. Bu, özü tək bizim fikrimiz deyil, cəmiyyətin əksər kəsiminin fikri, iddiasıdır. Bəs Siz bir millət vəkili tanınmış bələdiyyə mütəxəssisi kimi bu haqda fikirdəsiniz?

- Düzünü deyim ki, bu yöndəki fikirlərin, iddiaların müəyyən qismi ilə razılaşsam da, amma böyük bir qismi ilə razı deyiləm razılaşammaram. Eyni zamanda, mən o fikirlə razıyam ki, yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşması, demokratik hüquqi dövlətin möhkəmlənməsi çox vacibdir. Bu, bütün demokratik ölkələr kimi müstəqil Azərbaycan Respublikası üçün xarakterikdir. Bu da təbiidir. Ölkəmizin müstəqil, hüquqi dünyəvi dövlət quruluşu, beynəlxalq aləmlə, dünya dövlətləri ilə gündən-günə genişlənən möhkəmlənən əlaqələrimiz, həm ölkəmizdə gedən sürətli sosial-iqtisadi, regional inkişaf, insan hüquqlarına hörmət, əksmərkəzləşdirmə siyasətinin həyata keçirilməsi özü bunu tələb edir. İdarəetmə fəaliyyətinin ölkənin sosial-iqtisadi inkişaf ilə əlaqədar müəyyən problemlərin həllinin ağırlıq mərkəzinin yerlərə keçməsi, əhalinin yerlərdə qalıb möhkəmlənməsi əməli fəaliyyətə yaxından cəlb olunması vəzifəsi yerli hakimiyyət orqanlarının, eləcə bələdiyyələrin rolunun artırılmasını zərurətə çevirir.

Hakimiyyətin xalqa yaxınlaşması ideyasının reallaşması, insanların gündəlik, təxirəsalınmaz tələbatının yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin fəaliyyətinin genişlənməsinə zəmin yaratmaqla bərabər, həm onların üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan, hər bir seçkidən sonra bələdiyyələrin həyatında baş verən müsbət dəyişikliklər irəliləyişin göstəricisidir...

- baxımdan?

- O baxımdan ki, hər seçkidən-seçkiyə yerli özünüidarəetmə orqanları formalaşırlar. Onlar ali təhsillilərin, mütəxəssislərin, ziyalıların, fəal gənclərin, qadınların hesabına möhkəmlənir, bələdiyyələr yerlərdə söz sahiblərinə, əməli işin təşkilatçılarına, insanların yaxın köməkçilərinə çevrilirlər. Bununla belə, bələdiyyə institutu, yerli özünüidarəetmə orqanlarının işi ilə yaxından tanış olmayanlar haqsız yerə bələdiyyələri səriştəsizlikdə, fəaliyyətsizlikdə günahlandırırlar. Onların fikri reallıqları əks etdirmir. Bəzi qeyri- hökumət təşkilatları, ekspertlər, siyasətlə məşğul olanlar bələdiyyələrə müstəsna səlahiyyətlər verilməsi təkliflərini irəli sürməklə, bu orqanı tam müstəqil bir qurum kimi görmək istəyir icra strukturları ilə əlaqələrinin aradan qaldırılmasını, paralel tədbirlərin görülməməsini tövsiyə edirlər...

- Burada axı, problem doğuracaq var ki?

- Problem ondadır ki, həmin təklif tövsiyədə bulunan insanlar müstəsna səlahiyyət anlayışının mahiyyətini düzgün izah edə bilmir təəssüflər olsun ki, bələdiyyələrin icra orqanları, digər qurumlarla əlaqəli fəaliyyətlərini, əməkdaşlığını, birgə tədbirlərini yerli özünüidarəetmə səlahiyyətlərinin pozulması, zəifləməsi kimi dəyərləndirirlər. Bu, heç düzgün yanaşma deyil əksinə bələdiyyələr ətrafdakı orqanlarla, təşkilatlarla qədər çox qaynayıb qatışsalar bir o qədər çox görmüş hörmət qazanmış olarlar. Yaxşı haldır ki, bu gün ölkə bələdiyyələri dövlət siyasətini dərindən başa düşən, qiymətləndirən ona dəstək verən bir orqana çevriliblər. Bələdiyyələr reallıqları görür öz fəaliyyətlərini bu zəmin üzərində qururlar.Bələdiyyələr yaxşı bilirlər ki, onlar demokratiyanın, zamanın yetirmələridir. Buna görə bələdiyyə institutu da məhz zamanın gedişi prosesində real həyata uyğun formalaşıb inkişaf etməlidir. İnkişaf yolu keçmiş demokratik ölkə bələdiyyələrinin fəaliyyəti, təcrübəsi bunu deməyə əsas verir. Əsrlərlə yaşı olan bir çox xarici ölkə bələdiyyələrində bu günün özündə təkmilləşmə prosesinin baş verməsi zamanın gedişindən, dövrün tələbindən irəli gələn bir haldır. Bu gün Azərbaycan bələdiyyələrinin qarşısında ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər etmək vəzifəsini qoymaq onlara ciddi problemləri həll etmək səlahiyyətləri vermək məqsədəuyğun deyil...

- Sizcə, yerli özünüidarəetmə orqanlarının öyrənməyə, təkmilləşməyə heç bir ehtiyacları yoxdur?

- Təbii ki var heç kim bunu inkar etmir. Məsələn, elə bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün həyata keçirilən müəyyən islahatlar - bələdiyyə assosiasiyalarının yaradılması (kənd, qəsəbə şəhər) bələdiyyələrin könüllü birləşməsi prosesinin gedişi buna yaxşı nümunədir.Bələdiyyə assosiasiyalarının fəaliyyəti özünüidarəetmə işinin xeyli dərəcədə canlanmasına, ilk növbədə maarifləndirmə tədbirlərinin genişlənməsinə, beynəlxalq əlaqələrin, xarici ölkə bələdiyyələri, qeyri-hökumət təşkilatları, dövlət qurumlar ilə münasibətlərin daha da möhkəmlənməsinə, respublika, regional əhəmiyyətli tədbirlərin keçirilməsinə, kadrların fəallığının yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək edib. Bələdiyyələrin birləşmə amilini düzgün qiymətəndirmələri könüllü olaraq bu prosesə dəstək vermələri onların xeyrinə olub. Belə ki, kifayət qədər maliyyə bazası, mülkiyyəti, kadr potensialı olmayan mindən çox bələdiyyə daha yaxşı, lazımi bacarığı maliyyə vəsaiti olan bələdiyyələrə birləşməklə çatışmamazlıqların aradan qaldırılmasını təmin ediblər. Bələdiyyələrin vergi sisteminin təkmilləşdirilməsində, mülkiyyətin müəyyən edilməsində, bələdiyyə vətəndaş münasibətlərinin qurulmasında da irəliləyiş hiss olunmaqdadır. Faktları sadalamaq fikrində deyiləm. Ancaq onu bildirmək istəyirəm ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev dövlət bələdiyyələrin inkişafında maraqlıdır bu sahəyə lazımi diqqət yetirilir.

Yerli özünüidarəyə həsr olunmuş 30 yaxın qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam əsasnamənin qəbul edilməsi bunu deməyə əsas verir. Bununla yanaşı, əlbəttə bu gün bələdiyyələrin fəaliyyətində bir çox nöqsanlar, çatışmamazlıqlar, həllini gözləyən problemlər mövcuddur. Ancaq bəzi insanların səsləndirdiyi kimi bələdiyyələr tam səlahiyyətsiz, fəaliyyəti nəzərə çapmayan, kimdənsə asılı orqanlar deyillər. Əgər yerli özünüidarəetmə orqanları əsaslı qanunlarla tənzimlənən səlahiyyətlərə imkanlara malikdilərsə, onların səmərəli işləməsi üçün ölkədə lazımi şərait yaradılıbsa mövcud nöqsanları dövlətin adına yazmaq olmaz.

- Belə olan halda, fikrinizcə, bu gün bəs Azərbaycanda bələdiyyə institutunun qarşılaşdığı ən başlıca problem nədir yaxud nədədir?

- Azərbaycanda bələdiyyə institutunun qarşılaşdığı ən birinci problem bələdiyyə-vətəndaş münasibətlərinin düzgün qurulmaması bu sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməməsidir. Əsas nöqsanlar - yerli özünüidarəetmə orqanlarında şəffaflığın aşkarlığın dolğun təmin edilməməsi, vergi ödənişlərin lazımi səviyyədə toplanılmaması, müəyyən layihələrin həyata keçirilməməsi, bəzi neqativ hallara yol verilməsi sair bu amillərlə bağlıdır.

Vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr insanlarla, seçicilərlə sıx təmasda olmalı birgə işləməlidir. İstər dövlət, icra strukturları, istərsə qeyri-hökumət təşkilatları, sahibkarlar olsun fərqi yoxdur bu qurumlarda çalışanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır, seçicidir onların hər biri bələdiyyələrə münasibətdə dövlət mövqeyindən çıxış etməyə borcludurlar. Sözsüz ki, hər bir qurumun, vətəndaşın digərinə sağlam münasibəti həm ölkənin inkişafı, həm insanların rahatlığı, mənafeyi baxımından əhəmiyyətlidir.

Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birgə fəaliyyəti səmərəli qurulubsa orada yaxşı nəticələr nəzərə çarpır bu insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə- vətəndaş münasibətlərinə aiddir. Müəyyən qurumların, sahibkarların, adamlarının bələdiyyələrə münasibəti köklü şəkildə dəyişilməli, əlaqələr qanunvericiliyə uyğun sağlam əsaslar üzərində qurulmalıdır. Çünki bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi ilk növbədə vətəndaşlarla münasibətin qurulmasından nəticədə yerli özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır.

Əlbəttə ki, lazımi maliyyə vəsaitinə malik olmayan bələdiyyə bir görməyə, eləcə vətəndaşların etimadını doğrultmağa qadir deyil. Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Nəinki iqtisadiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, sosial həyatımızda köklü dəyişikliklər baş vermişdir bu gün sosial-iqtisadi inkişaf durmadan sürətlənir. Ölkə ərazisində yüzlərlə istirahət- əyləncə mərkəzləri, turizm bazaları, şadlıq evləri, otellər, restoranlar, sağlamlıq guşələri, ictimai-iaşə obyektləri sair fəaliyyət göstərir. Qanunvericiliyə görə bələdiyyə ərazilərində fəaliyyət göstərən bu kimi obyektlər öz gəlirlərindən bələdiyyələrin hesabına müəyyən ödənişlər etməlidirlər. Təəssüf ki, onların çox az bir hissəsi bələdiyyə hesabına vəsait köçürür. Halbuki bu obyektlərin çoxunun gediş-gəliş yolları, əraziləri çox vaxt bələdiyyələrin hesabına təmizlənir, qaydaya salınır. Yerli vergilərin toplanılmasında da bələdiyyələr belə hallarla tez-tez rastlaşırlar. Vətəndaş torpaq əmlak vergisini verməkdən imtina edir özünün seçdiyi orqanı çıxılmaz vəziyyətdə qoyur. Vətəndaş həm seçicidir o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. O, öz bələdiyyəsinin yığıncaqlarında iştirak edib müəyyən təkliflərini verməklə bərabər, həm ondan görülən işlərə dair hesabat tələb edə bilər. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir sonrakı beş ildə bir dəfə olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır. Faktlardan göründüyü kimi bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Məncə bir çox nöqsanların səbəbu budur. Biz vətəndaş, həm seçici olaraq seçdiyimiz orqanın-bələdiyyələrin fəaliyyəti ilə müntəzəm olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı nüfuzunu qorumalıyıq. Bələdiyyə institutunun inkişafı dövlətin, həm vətəndaşın xeyrinədir. Dövlət bu sahədə üzərinə düşən vəzifənin dəyərini yaxşı bilir. Seçkilərin demokratik şəraitdə, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsini, qanunların aliliyini, bələdiyyələrin fəaliyyəti üçün lazımi imkan şəraitin yaradılmasını, yerli özünüidarəetmə orqanlarında müəyyən islahatların keçirilməsini təmin edir. Vətəndaş da bunun müqabilində öz üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməli, seçdiyi orqanın səmərəli fəaliyyət göstərməsi üçün ona kömək etməlidir. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın nüfuzunun artırılmasına məsuliyyət inam oyatmadan yerli ozünüidarəetmə orqanlarını inkişaf etdirmək çətindir.

- Yeri gəlmişkən, 2014- il həm növbəti bələdiyyə seçkiləri ilidir...

- Elədir ki, var. Seçki həm bələdiyyə institutunun fəaliyyətinə qiymət vermək, seçim etmək, həm gələcək vəzifələri dəyərləndirmək, qüvvələri bir məqsəd uğrunda səfərbərliyə almaq baxımından əhəmiyyətlidir. Buna görə hər bir seçici səs verdiyi insanı yaxşı tanımalı, qabiliyyətinə, savadına, təşkilatçılığına bələd olmalı, xalqa, vətənə sədaqətinə arxalandığı namizədə səs verməlidir. Düzgün seçim gələcək müvəffəqiyyətin əsasıdır. Bələdiyyələr perspektivli gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq təcürbəyə yerli reallıqlara əsaslanaraq formalaşmanı tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz fəaliyyətlərini düzgün qurmaq qarşıya çıxan məsələləri həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm öz strukturlarını daim təkmilləşdirməlidirlər. Kiçik, maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı təcrübəsinə bacarığa malik bələdiyyələrlə birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada bilər. Bələdiyyələrin birləşməsi inzibati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, kadr qıtlığının aradan qaldırılmasına işə nəzarətin daha yaxşı həyata keçirilməsinə imkan yaradar. Digər tərəfdən bələdiyyələrə öhdəsindən gələ biləcək əlavə səlahiyyətlərin verilməsi vacibdir. Bu kommunal xidmət, yaşıllaşdırma, təmizlik-abadlıq, suvarma sair sahələr ola bilər. Bələdiyyə büdcəsinin artırılmasından formalaşdırılmasından ötrü vergidən yayınanlara qarşı, eləcə mədən əmlak vergilərinin, küçə reklamları üzrə ödənişlərin hesablanması yerli verginin alınması üçün təkmil təsir mexanizminin yaradılması çox əhəmiyyətlidir. Bəzi bələdiyyələrə öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi narahatlıq doğuran haldır. Azərbaycan bələdiyyələri öz fəaliyyətlərini ölkə Konstitusiyasının, mövcud qanunlarımızın, "Yerli özünüidarəetmə" haqqında Avropa Xartiyasının tələblərinə uyğun qurmağa ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə qadirdilər. Yerli özünüidarəetmə orqanlarının gələcək səmərəli fəaliyyəti, əhali ilə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili, seçicilərin etimadının qazanılması bələdiyyələrin özündən çox asılıdır. Bunun üçün hər bir bələdiyyə üzvündən təşkilatçılıq bacarığı, işə doğma münasibət, operativlik prinsipiallıq tələb olunur. Elə bilirəm bələdiyyələrimiz onlara yaradılan imkan şəraiti düzgün qiymətləndirəcək, gələcəkdə seçicilərin onlara göstərdiyi etimadı doğruldacaqlar.

Kamil HƏMZƏOĞLU

 





20.06.2014    çap et  çap et