525.Az

“Tarixi keçmişi dərk etmədən gələcəyi görmək mümkün deyil”


 

Tanınmış jurnalist, "Qızıl Qələm" mükafatı laureatı Şərif Kərimli ilə müsahibə

“Tarixi keçmişi dərk etmədən gələcəyi görmək mümkün deyil”<b style="color:red"></b>

Şərif Həmid oğlu Kərimli 1954- ildə Gürcüstanın Marneuli rayonunun Baydar kəndində anadan olub.  1977-ci ildə Azərbaycan Dövlət Universitetinin  (indiki BDU) jurnalistika  fakültəsini bitirib.  Əmək  fəaliyyətinə 1978-ci ildə "Yazıçı" nəşriyyatında başlayıb. 1984-1987-ci illərdə "İşıq" nəşriyyatında, "Gənclik" ("Molodost") jurnalında, "Azərbaycan" qəzetində məsul katib, baş redaktor, rəsmi dövlət qəzeti "Azərbaycan"da şöbə redaktoru, baş redaktorun müavini, baş redaktorun birinci müavini, 1993- ildə müəyyən müddət baş redaktor vəzifəsini icra edib. "Sabah" qəzetində baş redaktor olub. 2014- ildən Azərbaycan Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin İnformasiya təminatı şöbəsində işləyir.

"Sali Süleyman" , "Rəşid pəhləvan",  "Pəhləvan Müsəllim", "8712 №li əsir"  adlı publisistik nəsr  kitabları çapdan çıxıb. Borçalının XX əsrin sonlarındakı durumundan bəhs edən "Qaytarılan köç karvanı" kitabının tərtibçisi olub.  Azərbaycan - Gürcüstan əlaqələri"  monoqrafiyası çap mərhələsindədir.

 

 

-Şərif müəllim, 90- illərdə Sizin "Azərbaycan" qəzetində bir yazınızı oxumuşdum: "Üç ilin yorğunuyuq biz..." O vaxtdan iyirmi ildən artıq müddət keçib. Maaşallah, yorğun adama oxşamırsınız. Onda niyə belə demişdiniz?

-Mən həmişə II Dünya müharibəsi iştirakçılarına onların dözümlülüyünə, mətanətinə, çətinliklərə sinə gərmələrinə, həyatda haqsızlıqlara qarşı barışmaz olmalarına görə pərəstiş etmişəm. Sinəsi orden medallarla dolu bir veteran görəndə onları təkcə qazandıqları igidliklərə görə deyil, ən çox göstərdikləri rəşadətlər fonunda hələ əyilməz, gümrah qaldıqlarına görə bağrıma basmaq istəmişəm! Görünür, insan qədər ki, mübarizədədir, xəstəlik, depressiya ondan uzaq olur, elə ki, mübarizəni dayandırırsan, əl-qolun boşalır, bax onda ən kiçik parazitlər belə insanı diz çökdürür. Adını çəkdiyiniz yazı, əlbəttə ki yadımdadır. Bu, "Azərbaycan" qəzetinin üç illiyi münasibətilə yazılmışdı. Səmimiyyətimə inanın, o üç ildə bizim çəkdiyimiz acılar, ağrılar miqyasına görə o qədər böyük idi ki, bəlkə otuz illik enerjimizi almışdı.

-O dövrdə  siz qəzetin baş redaktoru idiniz?

-Bəli, məndən əvvəl "Azərbaycan"ın baş redaktoru Sabir Rüstəmxanlı idi. Sabir müəllim mətbuat informasiya naziri təyin olunduqdan sonra kollektiv məni bu vəzifəyə layiq bildi. Bilirsiniz ki, 1989-cu il oktyabrın 4- qəzetin ilk nömrəsini Sabir müəllimlə mən buraxmışam. Elə adını çəkdiyiniz yazıda demişdim: "Redaksiyada Sabir müəllimdən başqa heç kim Xalq Cəbhəsinin üzvü deyildi. Çünki "Azərbaycan" özü ayrıca bir cəbhə idi..." Sabir Rüstəmxanlı çox demokratik redaktor idi. Yeri gələndə qəzetin onun təmsil olunduğu siyasi təşkilata qarşı çıxmasına da mane olmurdu.

- "Azərbaycan"dan qabaq "Gənclik" vardı...

-"Gənclik" bir başqa dünyaydı... O, vizual jurnal idi. "Azərbaycan"ın sovet imperializminə qarşı mübarizəsinin, milli-azadlıq məfkurəsi uğrunda çarpışmalarının ilk cığırdaşı "Gənclik" jurnalı idi.

-Dövrünün yarandığı andan etibarən özündən sonrakı dövrlərin ən populyar mətbuat orqanlarında çalışmısınız, Sizcə, onları belə məşhurlaşdıran idi - redaktorları, yoxsa?

-Tarixdə şəxsiyyətlərin rolu böyükdür. Lakin "Böyük şəxsiyyət" epitetini o kəslər şərəflə uzun müddət daşıya bilirlər ki, onlar istedadsız insanlar kimi öz ətrafında cılızları deyil, nəhəng şəxsiyyətləri toplayırlar. Nəhənglərin içərisində o daha nəhəng görünür. Böyük şəxsiyyətlər öz xalqlarının arzu ideallarını əks etdirdikləri üçün böyük işlər görə bilirlər. "Gənclik"ə qədər Məmməd İsmayılla mən "Yazıçı" "İşıq" nəşriyyatlarında bir yerdə işləmişik. O, "İşıq" nəşriyyatına direktor göndərilərkən məni oraya dəvət etdi. Bilirdim ki, Məmməd İsmayıl çox tələbkar idarəçilikdə sərt adamdır,lakin mən bu dəvəti qəbul etdim, çünki ən başlıcası Məmməd İsmayıl obyektiv prinsipial insan idi. Bu, mənim prinsiplərimə uyğun gəlirdi. Yeri gəlmişkən, "Gənclik" ("Molodost") jurnalının lisenziyasını da 1987-ci ildə Moskvadan bir yerdə almışdıq.

Hələ "İşıq" nəşriyyatında işləyərkən prosesində mütəmadi konfliktlərimiz olurdu, lakin respublika komsomol təşkilatının orqanı olan "Gənclik" ("Molodost") jurnalına baş redaktor təyin olunan Məmməd İsmayıl məni özünə müavin vəzifəsinə dəvət edəndə məmnuniyyətlə bu təklifə müsbət cavab verdim. Məmməd İsmayıl Məti Osmanoğlu, Səfər Alışarlı, Yevgeni Juravlyov, Akif Əhmədgil, Çingiz Sultansoy, Gündüz Əlizadə, Hüseyn Əfəndi kimi, o dövrdə gənc olmalarına baxmayaraq, kifayət qədər tanınmış,istedadlı qələm sahiblərini başına topladı ... 80-ci illərin bir nömrəli jurnalını buraxdıq. Jurnal az müddət ərzində bütün SSRİ məkanında məşhurlaşdı.

Uzunçuluq olmasın, bir dəfə MK-nın Birinci Katibi Əbdürrəhman Vəzirov şəxsən özü Məmməd İsmayıla zəng vurub belə dedi:

"Mamed muallim (mətni eşitdiyim kimi danışıram - Ş.K.),  moi rabotniki stolumun üstünə bir jurnal polajili, baxdım, dedim, sluşayte, kakoy-je krasivıy jurnal, a poçemu u nas ne izdayotsya takoy krasivıy jurnal? Dedilər, Abdurraxman Xaliloviç, bu jurnal elə bizdə çıxır da... Dedim, sluşay, ne mojet bıt. Dedilər, bu da telefonları. İndi sənə zəng edirəm, doğurdan da ya ubedilsya, şto deystvitelna takoy jurnal bizdə suşestvuyet. Ya tebya ot duşi pozdravlyayu! Tak derjat! Bu bizim fəxrimizdir!"

-Bəs, necə oldu ki, "Azərbaycan" qəzetinə keçdiniz?

-Mən dinamikanı xoşlayan adamam. 1978-ci ildən, "Yazıçı" nəşriyyatında əmək fəaliyyətinə başladığım gündən, daha operativ orqanlara can atmışam. Bu sarıdan mən Məmməd İsmayıla Sabir Rüstəmxanlıya minnətdaram ki, mənim bu arzumun həyata keçməsinə səbəb oldular.

1987-1989-cu illərdə "Gənclik" jurnalında işləmək üçün MK-dan belə özünü tapşırdanlar yüzlərlə idi. Lakin Məmməd İsmayıla hər işçini "sırımaq" mümkün deyildi... Ona görə Sabir Rüstəmxanlının dəvətini qəbul edib "Azərbaycan"a keçmək istədiyimi Məmməd müəllimə bildirəndə... o, çox pərt oldu. Lakin... mən getməliydim, çünki "Azərbaycan"ın qarşısında daha geniş üfüqlər parlayırdı! Yenidənqurma aşkarlığın nəticəsində oyanan xalq kütlələri, güclənən milli-azadlıq hərəkatı, mərkəzi hakimiyyətə itaətsizlik, müstəqillik arzuları, Təbriz, Borçalı, Dərbənd nisgilləri... mətbuatın qarşısında vacib böyük məsələlər qoyurdu. Bu mənada qəzet hadisələrə daha tez operativ müdaxilə etmək imkanına malik idi.

Əlbəttə ki, tarixin mərkəzində kütlələr deyil, həmişə fərdlər dayanıb. Sabir Rüstəmxanlı da kütlələrin mərkəzində dayanan şəxslərdən idi. Biz Sabir müəllimlə "Yazıçı" nəşriyyatından tanışıq - altı il bir yerdə işləmişik- rəhmətlik Əjdər Xanbabayevin vaxtında. Onu sözü bütöv, mərd, millətin, xalqın yolunda heç nəyə heç kimə güzəştə getməyən, ən başlıcası, səmimi ürəyiyumşaq insan kimi tanımışam. O vaxtlar onun öz silahdaşlarından ən böyük fərqi onda idi ki, baş verən hadisələrə təkcə inqilabçı gözü ilə baxmır, həm şair təbiətindən irəli gələn humanist münasibət göstərirdi, konfrantasiyanı yumşaltmağa çalışırdı ən əsası, məqamında ambisiyalarını cilovlaya bilirdi. Meydan təşkilatçılarının ümumilikdə bütün xalqın bir düşməni vardı - partiya-sovet idarəçiliyi erməni daşnakları. Lakin Sabir Rüstəmxanlı ümumi düşmənlərlə vuruşmaqla yanaşı, baş redaktoru olduğu qəzetin təsisçisi o dövrdə yaranan müxtəlif hərəkat liderləri ilə mübarizə aparmalı olurdu. Ona görə biz hər tərəfdən vurulurduq. Redaksiyanın bu mövqeyi nəticədə gətirib ona çıxardı ki, qəzet 500 min tirajla çıxmağa başladı. Əlbəttə, bu, rəsmi rəqəm idi, lakin qəzetin oxucusu onun tirajından qat-qat çox idi.

-Şərif müəllim, "Azərbaycan" qəzetində dil əlifba məsələsi gündəmi ən çox zəbt edən məsələlərdən idi. Qəzetin özündə buna necə əməl olunurdu?

-Əslində, bu məsələlər sistemli şəkildə "Gənclik" jurnalında da qoyulurdu. Hətta biz orada ilk dəfə əski (Ərəb əlifbası) latın əlifbalarını da digər əlifbaların qarşılığı ilə çap edirdik. "Azərbaycan" qəzeti isə bu işi daha çox milli dövlət ideologiyası kimi müstəqillik atributları sırasına çıxardı. O vaxtlar Azərbaycan milli ideologiyası problemi ilə bağlı mübahisəli məsələlərdən biri milli kimlik milli dilin adı ilə bağlı idi. Onu necə adlandırmalı: türk, yoxsa Azərbaycan dili?  Bildiyiniz kimi, bu mübahisələrə son nöqtəni Azərbaycan Konstitusiyasının qəbulu ilə bağlı Heydər Əliyev qoydu: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir".

Qaldı qəzetdə dilin təmizliyinin qorunması məsələsinə, bu sarıdan əməkdaşlarımız xüsusilə korrektorlar qarşısında çox ciddi tələblər qoymuşduq.  bu gün fəxrlə deyə bilərəm ki, "Azərbaycan" qəzeti sovetlərdən sonra müstəqillik dövrünün ilk qəzetiydi ki, "əlvan qəzet dili" ilə çıxırdı!..

Mətbuat dilimiz bu gün bərbad gündədir. Bu, şəksizdir. İndi dilin təmizliyinin qorunması, eləcə onun inkişafı ancaq təhsil işçilərinin üzərinə düşür. Qəzet jurnallar, televiziya dəfələrlə deyilən iradlara baxmayaraq, onu məhv eləməkdən yorulmurlar. Unutmaq lazım deyil ki, dil insan beyninin, dərrakənin saxlandığı, qorunduğu xəzinədir, məkandır. Dil kollektiv düşüncənin keyfiyyət göstəricisidir. Dil keçmişlə indi arasında körpüdür, keçmişdən gələn səsdir.

Vaxtilə dilin bir nömrəli keşikçisi nəşriyyatlar idi - "Azərnəşr", Azərbaycan Ensiklopediyası, "Yazıçı", "Gənclik", "Maarif", "İşıq". İndi sıradan çıxan bu nəşriyyatların əvəzində çoxlu sayda yeni "nəşriyyat"lar açılsa da onların çoxu ancaq qrif satmaqla məşğuldur.

-Dövlət tərəfindən qəzetə yardım olunurdumu?

-Əgər maddi yardımı nəzərdə tutursunuzsa, belə bir şey yox idi, çünki "Azərbaycan" respublika mətbuatı tarixində bəlkə yeganə qəzet idi ki, öz tirajı hesabına maliyyələşirdi, üstəlik Qarabağa Xalq Yardımı Komitəsinin işçilərinin əmək haqları da qəzetin büdcəsindən ödənilirdi.

Mənəvi yardıma gələndə isə... dövlət peşman olmuşdu ki, belə bir qəzetin nəşrinə icazə verib...

-25 il bundan əvvəlki kollektivinizi necə xatırlayırsınız?

-Sualınızın incə məqamını başa düşdüm. Bu il həm "Azərbaycan"ın ilk müstəqil qəzet kimi yenidən bərpasının 25 ili tamam olur...  Bir az kədərləndirici olsa deməliyəm ki, "Azərbaycan"nın 25 il əvvəlki gənc kollektivi indi yaşa dolub, ancaq hələ ön cəbhədədir! 1989-cu il oktyabrın 4- gördüyüm 43 yaşlı Sabir indi 68 yaşında, 35 yaşlı Şərif indi 60 yaşında, 26 yaşlı Mirşahin indi 51 yaşında, 32 yaşlı Behrudi indi 57 yaşında, 23 yaşlı Kəmalə indi 48 yaşında, 36 yaşlı Fəridə indi 61 yaşında, 32 yaşlı Fikrət indi 57 yaşında, 30 yaşlı Nərgiz indi 55 yaşında, 42 yaşlı Nicat indi 67 yaşında, 33 yaşlı Mahizər indi 58 yaşında, 21 yaşlı Arzu indi 46 yaşındadır... 44 yaşlı Şaiq Bəhramoğlu, 42 yaşlı Əhməd Elbrus, 35 yaşlı Eyvaz Həsənov, 45 yaşlı Oqtay Abbasov, 30 yaşlı Gülməmməd Məmmədovun... ruhları isə indi narahat dünyamızdan çox-çox uzaqlardadır. Ancaq bu qəzet Azərbaycanın mətbuat tarixində şanlı bir səhifədir! Bəzən mənə elə gəlir ki, qəzetin 1918-1920-ci illərdəki kollektivi günahlarımızın olmadığı müqəddəs yerlərdə oturub bizi gözləyir...  

-Mətbuat tariximizlə bağlı maraqlı söhbətlərinizə görə təşəkkür edirik.

-Mən şadam ki, sizi az müddətdə olsa keçmişə eksklüziv səyahətə apara bildim. Çünki tarixi keçmişi dərk etmədən gələcəyi kəşf etmək mümkün deyil.

D.Osmanlı

 





20.06.2014    çap et  çap et