525.Az

Ölü balına sahilə çıxıb


 

Ölü balına sahilə çıxıb<b style="color:red"></b>

Ölü bir balina Taylandın Raça adasının cənub sahilinə çırpılıb. 17 metr uzunluğundakı balinanın təxminən 3 ton ağırlığında olduğu və 3-4 həftə əvvəl öldüyü təxmin edilir.

525.az xəbər verir ki, Taylandın məşhur Phuket kurortunun Raça adasının cənub sahilində yerli sakinlər tərəfindən sahilə çıxan ölü balina tapılıb. Tayland Dəniz və Sahil Departamentinə bağlı Phuket Marina Bioloji Mərkəzinin səlahiyyətliləri, balinanın daxili orqanlarının və mədəsinin çürüməsi səbəbindən ölüm səbəbinin müəyyən edilə bilmədiyini və nümunələrin laboratoriyaya göndərildiyini açıqlayıb. Bryde balina növündən olduğu təsbit edilən 17 metr uzunluğunda və təxminən 3 ton ağırlığında olan dişi balinanın 3-4 həftə əvvəl öldüyü təxmin edilir. Araşdırma zamanı balinanın bağırsaqlarında kiçik plastik vedrə aşkar edilərkən, səlahiyyətlilər balinanın ölüm səbəbinin bu olmasının az olduğunu bildiriblər.

Qeyd edək ki, müayinə və yarılmadan sonra balina sahildən dənizə çəkilərək açıq yerə itələnib.

Məhəmməd Tağıyev

 





02.11.2022    çap et  çap et