525.Az

Rusiya kitabxanalarında Qarabağ kitabları


 

Rusiya kitabxanalarında Qarabağ  kitabları<b style="color:red"></b>

Azərbaycan Reshublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə daha bir uğurlu layihə başa catıb.Tanınmış tarixçi-alim Nəsiman Yaqublunun rəhbərlik etdiyi layihə əsasında Rusiyanın Moskva şəhərindəki aparıcı universitetlərin kitabxanalarına Qarabağla bağlı olan tarixi kitablar verilib. Həmin kitabxanalardan N.Yaqublunun ünvanına təsdiqləyici məktublar daxil olub.Tədqiqatçı - alim N.Yaqublu bizimlə söhbətində deyib:

"Rusiyanın bu aparıcı kitabxanalarından məktubların ünvanımıza daxil olması bir daha təsdiqləyir ki, biz uğurlu bir layihə həyata keçirmişik. bu işlərə görə ilk olaraq  Şuraya, onun rəhbərliyinə təşəkkür edirik.Qeyd edim ki,çap kitabları ilə yanaşı 30-dan çox Qarabağla bağlı olan  kitabların elektron formasını da kitabxanalara verdik onların kataloqlara salınmasına nail olduq.Bu, çox vacib işlər idi.Bu günə qədər Moskva kitabxanalarında əsas üstünlük ermənilərin tərəfindədir.Bizim isə rus dilində kitablarımız azlıq təşkil edir.Bax belə layihələr bu sahədəki ümummilli problemlərimizin həllinə kömək edir.Eyni zamanda o layihınin mütəxəssislər tərəfindən, problemi bilən insanlar tərəfindən həyata keçirilməsi başlıca şərtdir.Qeyd edim ki,bu sahədə problemlərimiz coxdur.Rus dilində tarixi kitablarin,sənəd materialların hazırlanıb Rusiya arxiv kitabxanalarına çatdırılmasına, ümumi kataloqlara salınmasına ciddi ehtiyac vardır.Biz unutmamalıyıq ki, ermənilər bu sahədə olduqca fəaldır.Mən bu sahədəki mövcud problemlər haqqında Şura rəhbərliyinə ayrıca yazılı məlumat hazırlayıb verəcəyəm ki,ölkə rəhbərliyinə çatdırılsın bu sahəyə daha çox diqqət edilsin.Kimliyindən asılı olmadan bu hamımızn problemidir hamımız birləşib bu sahədəki problemi həll etməliyik.Düşünürəm ki,yaxın bir neçə il ərzində bu sahədəki problemlərin həllini intensivləşdirmək üçün Şura nəzdində "Qarabağ"Mərkəzi yaradıb ciddi layihələr reallaşdırmalıyıq.O qənaətdəyəm ki, sərgilər təşkil etməklə yanaşı həmin ölkələrin alimlərini, tədqiqatçılarını,aparıcı media nümayəndələrini bu layihələrə cəlb etməliyik.Əsas işlərdən biri isə bu kitabları o ölkələrin  kitabxana arxivlərinin kataloqlarına salmaqdır.Məhz bu kitabların mövcudluğu imkan verəcək ki, ruslar Rusiyada yaşayan rusdilli insanlar ermənilərin yox, bizim kitablarımızdan bəhrələnsin.Bu da ermənilərin əleyhimizə təbliğat aparmasına imkan verməyəcək.Xarici ölkələrdəki  diaspor təşkilatlarımızı da bu layihələrə cəlb edə bilərik.Diaspor Komitəsi əslində belə layihələrə dəstək olmalıdır.Bir sözlə Qarabağ probleminin  həllinə bu istiqamətdə kömək hər kəsin vicdan işinə çevrilməlidir.Yəni danışıq yox, daha çox əməl nəticəsi olan real .

Həyata keçirdiyimiz  həmin real işin nəticəsi olan,   ünvanımıza Moskva kitabxanalarından verilən göndərilən sənədləri oxuculara təqdim edirəm:  Lomonosov adına Moskva Dövlət Universiteti; Rusiya Xalqlar Dostluğu Universiteti;Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı Dövlət İdarəçilik Akademiyası;Rusiya Dövlət Kitabxanası; "Azərbaycan diasporu" qəzeti.

Gündüz

 





20.06.2014    çap et  çap et