525.Az

Rusiyada Vikipedia 2 milyon rubl cərimələnib


 

Rusiyada Vikipedia 2 milyon rubl cərimələnib<b style="color:red"></b>

Rusiya məhkəməsi Vikipediyadakı saxta məlumatları silmədiyinə görə platforma sahibini 2 milyon rubl cərimələyib.

525.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) Wikimedia Fonduna qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb. 

Vikipediyada Rusiya ordusu ilə bağlı saxta məlumatların silinmədiyini əsas gətirərək qanuna əməl edilmədiyinə qərar verən məhkəmə Vikimedia Fondunu 2 milyon rubl cərimələyib. 

Qeyd edək ki, Vikipediya daha əvvəl də oxşar səbəblərə görə 5 milyon rubl cərimə olunmuşdu.

Malik Atilay

 





02.11.2022    çap et  çap et