525.Az

Hüseyn Cavidin yaradıcılığı haqqında inşa müsabiqəsi keçirilir


 

Hüseyn Cavidin yaradıcılığı haqqında inşa müsabiqəsi keçirilir<b style="color:red"></b>

Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyinin Gənc Alim Mütəxəssislər Şurası "Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi" mövzusunda inşa müsabiqəsi elan edib. Muzeydən "525"ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi təbliği yolu ilə onun yaradıcılığını gənc nəslə öyrətməkdir. Bakı şəhərində yerləşən istənilən orta məktəbin IX-XI sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilərlər. İnşa yazısı kompyuterdə "Word" proqramının 14 nömrəli şrift ilə (sətirlərarası məsafə 1,5-dən çox olmamaqla) yazılmalıdır.

Müsabiqə müddətində qəbuletmə qoşulma prosesi onlayn həyata keçiriləcək. İnşalar huseinjavid@gmail.com e-mail ünvanına göndərilməlidir. İnşa yazıları mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsahibənin sonunda seçiləcək üç ən yaxşı inşa müəllifləri təltif ediləcəkdir. Mükafat şəklində I, II, III yerlər üzrə müvafiq olaraq "Hüseyn Cavid əsərlərinin 5 cilddə" külliyyatı, "Cavid hikməti (seçmə aforizmlər)" kitabı "Sözləri Hüseyn Cavidindir" adlı mahnı albomu təqdim olunacaq.

S.ABDULLAYEVA

 





20.06.2014    çap et  çap et