525.Az

Stiven Kinq və İlon Mask arasında "mavi işarə" atışması


 

Stiven Kinq və İlon Mask arasında "mavi işarə" atışması<b style="color:red"></b>

Dünyaca məşhur kitabların müəllifi Stefan Kinqdən “Twitter”in yeni baş direktoru İlon Maskın təsdiqlənmiş hesab işarəsinin mavi kliklənməsi üçün 20 dollar istəyəcəyi ilə bağlı iddialara reaksiya gəlib.

525.az xəbər verir ki, Musk isə 20 dolları 8 dollara endirə biləcəyini deyərək "borcları ödəməliyəm" deyib. 

“The Verge”dəki xəbərdə İlon Maskın idarəçiliyində olan “Twitter”in mavi klik üçün istifadəçilərdən ayda 20 dollar tələb edəcəyi açıqlanıb.

Qorxu ədəbiyyatının aparıcı müəlliflərindən biri olan Stefan Kinq qərara reaksiya verib və bu mesajı paylaşıb: "Göy kliki qorumaq üçün iyirmi dollar? Lənət olsun. Mənə pul verməlidirlər. Bu yaşansa, mən buradan gedəcəm..." 

Texnoloji milyarder: "Biz hesabları birtəhər ödəməliyik. “Twitter” sadəcə reklamlara arxalana bilməz. Bəs 8 dollara nə deyirsiz?", - deyib. 

 Qeyd edək ki, İlon Mask daha sonra xidmət üçün 8 dollar alınacağını açıqlayıb.

Malik Atilay

 





02.11.2022    çap et  çap et