İsraildə parlamentin buraxılmasından sonra son 4 ildə 5-ci dəfə keçirilən ümumi seçkilərdə səslərin sayılması prosesi davam edir. Mərkəzi Seçki Şurasının məlumatına görə, indiyədək səslərin 80 faizi hesablanıb, keçmiş baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blok isə seçkilərdə liderlik edir.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 120 yerlik parlamentdə sağçı blok 65 mandat əldə edərək çoxluğu qazanıb. Bununla bağlı Benyamin Netanyahu Qüdsdəki çıxışında: "Biz böyük qələbəyə yaxınıq", - deyib.
Hazırkı göstəricilərə görə, sol blokdakı Meretz Partiyası 3,25 faiz səs toplasa da, İslamçı Raam Partiyası 4,25 faiz səslə seçki baryerini keçib. Digər müxalifət partiyası Ərəb Bələd Partiyası isə 3,07 faiz səs toplayaraq baryeri keçmək ərəfəsindədir. İsraildə partiyaların topladığı səs faizlərinin yaxın saatlarda dəyişəcəyi gözlənilir, çünki bülletenlər ölkənin müxtəlif yerlərindən müxtəlif vaxtlarda gəlir.
Qeyd edək ki, İsraildə 27-ci hökuməti müəyyən etmək üçün keçirilən seçkilərdə korrupsiya ittihamı ilə mühakimə olunan və ölkədə ən uzun müddət baş nazir kürsüsündə oturan Netanyahu sağçı müttəfiqləri ilə birlikdə hakimiyyətə qayıtmağı hədəfləyir.
Fərid Sançar
çap et