525.Az

BƏƏ və ABŞ bərpa olunan enerjiyə 100 milyard dollar sərmayə qoymağa razılaşıb


 

BƏƏ və ABŞ bərpa olunan enerjiyə 100 milyard dollar sərmayə qoymağa razılaşıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ arasında təmiz enerji layihələrinə 100 milyard dollar sərmayə qoymaq üçün strateji tərəfdaşlıq sazişi imzalanıb.

525.az xəbər verir ki, BƏƏ-də keçirilən Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC 2022) zamanı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan əl-Caber və ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Xüsusi Koordinatoru Amos Hoçstein arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu layihələrin 2035-ci ilə qədər hər iki ölkədə və dünyada 100 gigavat istehsal gücünə çatması hədəflənir. 

Bildirilib ki, tərəflər texniki ekspertiza, layihələrin idarə edilməsinə yardım və maliyyələşdirmə yolu ilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi və ekoloji cəhətdən faydalı davamlı enerji layihələrini dəstəkləməyə çalışacaqlar. ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Xüsusi Koordinatoru Hoçstein: "Saziş qlobal enerji sektoruna keçidin dəstəklənməsinə, daha dayanıqlı gələcəyin qurulmasına və iqlim böhranının təcili həllinə töhfə verəcək", - deyib.

Qeyd edək ki, BƏƏ son on ildə dünya üzrə təmiz enerji texnologiyaları və həllərinə 50 milyard dollardan çox sərmayə qoyub.

Məhəmməd Tağıyev

 





02.11.2022    çap et  çap et