525.Az

"Taxıl daşınması əvvəlki kimi davam edəcək” - Ərdoğan


 

"Taxıl daşınması əvvəlki kimi davam edəcək” - <b style="color:red">Ərdoğan</b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının iclası zamanı taxıl dəhlizi ilə bağlı açıqlamalar verib. Prezident Ərdoğan açıqlamasında Rusiya ilə Ukrayna arasında taxıl dəhlizi böhranının danışıqlar nəticəsində aradan qaldırıldığını bildirib.

525.az Türkiyə mediasına istinadən məlumat verir ki, böhranın aradan qaldırıldığını deyən Ərdoğan, açıqlamasında: "Putinlə telefonla danışdım, bu gün Zelenski ilə də danışacağam. Cənab Putinlə görüşümüzdən sonra iki ölkənin müdafiə nazirləri də görüşdülər. Bu gün saat 12-dən etibarən taxıl daşınması əvvəlki kimi davam edəcək”, - deyə bildirib.

Fərid Sançar

 





02.11.2022    çap et  çap et