525.Az

Rəcəb Tayyib Ərdoğan AzMİU-nun məzununa diplom təqdim edib


 

Rəcəb Tayyib Ərdoğan AzMİU-nun məzununa diplom təqdim edib<b style="color:red"></b>

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Nuran Qənbərliyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplom təqdim edib.

Bu barədə 525.az- AzMİU-dan məlumat verilib. Bildirilib ki, 2015-ci ildən daxili işlər orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə Prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu Türkiyə Prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.

Sevinc Qarayeva

 

 

 





02.11.2022    çap et  çap et