525.Az

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası olub


 

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası olub<b style="color:red"></b>

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası olub.

Bu barədə 525.az-a institutdan məlumat verilib.

İclasda institutun baş direktoru, Elmi şuranın sədri AMEA-nın müxbir üzvü Misir Mərdanov gündəlikdə yer alan məsələləri diqqətə çatdırıb.

Riyaziyyat elmləri doktoru Vüqar İsmayılov Funksiyalar nəzəriyyəsi şöbəsinin, AMEA-nın müxbir üzvü Qeylani Pənahov Maye və qaz mexanikası şöbəsinin məlumatlarını təqdim edib. Həmçinin dosent Niyazi İlyasovun böyük elmi işçi vəzifəsinə müsabiqə yolu ilə seçilməsi haqqında qərar qəbul edilib.

Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantları il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər.

Sonra elmi-təşkilati məsələlərə baxılıb.

Sevinc Qarayeva

 

 





02.11.2022    çap et  çap et