525.Az

İndiyə qədər 40-dan çox yerli və xarici jurnalist qətlə yetirilib


 

İndiyə qədər 40-dan çox yerli və xarici jurnalist qətlə yetirilib<b style="color:red"></b>

"Rusiya qüvvələri indiyə qədər 40-dan çox ukraynalı və xarici jurnalisti qətlə yetirib".

525.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması ilə bağlı Beynəlxalq Günlə əlaqədar yaydığı bəyanatda bildirib.

"Kütləvi İnformasiya İnstitutunun monitorinq məlumatlarına görə, 2022-ci ilin fevralından bəri səkkiz aylıq genişmiqyaslı təcavüz zamanı Rusiya Ukraynada jurnalistlərə və mediaya qarşı 457 cinayət törədib. 2022-ci ilin oktyabr ayına olan məlumata görə, rus işğalçıları qırxdan çox ukraynalı və xarici jurnalisti qətlə yetirib", - Ukrayna XİN bildirib.

 

 

 





02.11.2022    çap et  çap et