525.Az

Azərbaycanlı qaçqınlarla bağlı "Yarımçıq arzular" Parisdə


 

Azərbaycanlı qaçqınlarla bağlı "Yarımçıq arzular" Parisdə<b style="color:red"></b>

Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı, VII Agentliyin "Josef" qalereyasının birgə əməkdaşlığı ilə Parisin məşhur "Jozef" qalereyasında tanınmış amerikalı fotoqraf Ed Koşinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlının həyatından bəhs edən "Yarımçıq arzular" mövzusunda fərdi fotosərgisi açılıb. Azərbaycan-Avropa Cəmiyyətindən verilən məlumata görə, 20 İyun-Dünya Qaçqınlar Günü ilə bağlı keçirilən sərgini açan "Josef" qalereyasının direktoru xanım Melissa Reqan fotoqraf Ed Koşini iştirakçılara təqdim edib sərgidə onun 46 fotosunun nümayiş etdirildiyini bildirib. Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin yeni rəhbəri Mari- Leatisiya Kurdən çıxışında azərbaycanlı qaçqın məcburi köçkünlərin gündəlik həyatının əks olunduğu fotolardan ibarət sərginin aprel ayında Londonda nümayiş etdirildiyini xatırladıb. O, Ed Koşinin fotolarının müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyünü onun yeddi kitab çap etdirdiyini bildirib.

Mari-Leatisiya Kurdən Dağlıq Qarabağ ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın məcbri köçkünə çevrildiyini bildirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığnın məlumatına görə, dünyada daha çox qaçqın məcburi köçkünün Azərbaycanda yaşadığı, Azərbaycan dövlətinin onların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində mühüm işlər gördüyü diqqətə çatdırılıb. Fotolarda əks olunan qaçqınların məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqları məhz buna görə sərginin "Yarımçıq arzular" adlandırıldığı vurğulanıb.

Ed Koşi çıxış edərək Azərbaycan haqqında ilk dəfə ötən əsrin 80- illərinin sonlarında - Dağlıq Qarabağ münaqişənin başlandığı vaxtlarda eşitdiyini bildirib. 2013- ildə ölkəmizə səfər etdiyini deyən fotoqraf 20 ildən artıq bir müddətdə öz doğma vətənlərində qaçqın məcburi köçkün həyatı yaşayan azərbaycanlıların hələ ata-baba yurdlarına qayıtmaq arzusunda yaşamalarının onu həddindən artıq təsirləndirdiyini, rahat həyatdan məhrum olan bu insanlar haqqında fotoları vasitəsilə dünya ictimaiyyətinə dolğun məlumat verməyi özünə borc bildiyini diqqətə çatdırıb. Sərginin açılışında Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, sənət adamları, diaspor təmsilçiləri jurnalistlər iştirak ediblər. Sərgi iyunun 25-dək davam edəcək.

S.ABDULLAYEVA

 





20.06.2014    çap et  çap et