525.Az

“Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir”


 

 “Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir”<b style="color:red"></b>

Şagirdlər bir neçə saat dərslərdə oturur, dərsarası fasilə isə onların istirahətinə kifayət etmir. Söhbət dərsarası verilən tənəffüs dəqiqələrindən gedir. Həm dünya təcrübəsi, həm də ekspertlərin bu barədə fikirləri təsdiqləyir ki, şagirdlər dərslərdə yorulur və onların da istirahət edərək növbəti dərsə başlaması təhsilin keyfiyyətinə müsbət təsir edir.
Dünyanın təhsil sahəsində öndə gedən ölkələrində dərslərarası fasilə 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bu, həm şagirdlərin, həm də müəllimlərin zehni yorğunluğunun aradan qaldırılması üçün uğurlu təcrübə hesab olunur.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, hazırda bir sıra özəl məktəblərdə tənəffüs fasiləsi dünya təcrübəsinə uyğun aparılır. Bunun effektini sözügedən məktəblərin buraxılış imtahanlarındakı nəticələri də sübut edir. Yəni göstəricilər yüksək olur:

"Şagirdlərin daha rahat olması üçün, təbii ehtiyaclarını daha rahat ödəməsi üçün tənəffüsün vaxtının uzadılması labüddür. Vaxtın az olması təhsilin keyfiyyətinə mənfi təsir edən amillərdəndir. Dünya təcrübəsində tənəffüs vaxtı 20 dəqiqədən 45 dəqiqəyə qədər çəkir. Hətta Yaponiya məktəblərində ən az tənəffüs vaxtı 30 dəqiqədir. Finlandiyada böyük tənəffüs müddətinin 30 dəqiqədir. Bu ölkədə şagirdlərin açıq havada gəzməsi üçün vaxt ayrılır. Finlandiya yağışlı ölkədir. Orada şagirdlər üçün yağışlı gündə belə hava almaları üçün imkan yaradılıb. Bəzi ölkələrdə hətta dərs müddətində iki 30 dəqiqə tənəffüs verilir. Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir. Şagird növbəti dərsi daha yaxşı qavrayır. 5 dəqiqə fasilə ilə dərsə davam etmək düzgün deyil".

Ekpsertlərin fikrincə, məktəblərdə 5 dəqiqəlik tənəffüs müddətinin 10, 15 dəqiqəyə çatdırılması Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilə bilər: “Ən azından pilot layihə kimi bunu bir neçə məktəbdə tətbiq etmək olar. Nəticənin müsbət olacağı isə dəqiqdi”.

Sevinc Qarayeva
 

 

 





02.11.2022    çap et  çap et