525.Az

Apellyasiya Şurasının iclası keçirilib


 

Apellyasiya Şurasının iclası keçirilib<b style="color:red"></b>

Noyabrın 1-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

525.az-ın məlumatına görə, “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Püstəxanım Qəniyeva, İlahə Əliyeva və Aygül Babayevanın müsahibə nəticələri ilə bağlı şikayətlərinə baxılıb.

İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Yekunda 1 şikayətin təmin edilməsi, 2 şikayətin isə qismən təmin olunması və yenidən müsahibənin təşkili barədə Şura tərəfindən qərar qəbul olunub.

Sevinc Qarayeva

 

 





02.11.2022    çap et  çap et