525.Az

Qənirə Paşayeva cəbhə xəttində təhlükəsizlik divarının çəkilməsi təklifini irəli sürüb


 

Qənirə Paşayeva cəbhə xəttində təhlükəsizlik divarının çəkilməsi təklifini irəli sürüb<b style="color:red"></b>

Milli Məclisin iyunun 20-də keçirilən iclasında deputat Qənirə Paşayeva təkliflə çıxış edib.

“Media forum” saytının məlumatına görə, deputat cəbhə bölgəsində təhlükəsizlik hasarının çəkilməli olduğunu deyib: “Erməni tərəf cəbhədə atəşkəsi pozmaqla vətəndaşları, onların evlərini hədəfə alıb. Düzdür, bizim ordumuz düşmənə layiqli cavab verir, amma erməni snayperlərinin vətəndaşları hədəfə alması məsələsi ciddi qaldırılmalıdır.

Biz beynəlxalq təşkilatlara müraciət edirik, hər məsələyə çevik reaksiya verdikləri halda vətəndaşların, qadınların və yaşlı insanların hədəfə alınmasına reaksiya vermirlər. Tovuz rayonunda Ətayə Əliyeva adlı şəxs düz evinin qarşısında, digər bir xanım nəvəsini ərazidən çıxaranda vurulub. Buna diqqət edilməlidir. Hesab edirəm ki, təhlükəsizlik divarlarının çəkilməsini sürətləndirmək lazımdır. Görünən budur ki, Ermənistan bu cür əməllərindən əl çəkməyəcək”.

 





20.06.2014    çap et  çap et