525.Az

Mərakeş kralı Əlcəzair prezidentini “dialoq” üçün ölkəsinə dəvət edib


 

Mərakeş kralı Əlcəzair prezidentini “dialoq” üçün ölkəsinə dəvət edib<b style="color:red"></b>

Mərakeş kralı VI Məhəmməd 2021-ci il avqustun 24-dən diplomatik əlaqələri kəsilən Əlcəzair prezidenti Əbdülməcid Tebbunu “dialoq” üçün ölkəsinə dəvət edib. 

525.az xəbər verir ki, Mərakeşin xarici işlər naziri Nasser Burita Fransanın AFP xəbər agentliyinə bildirib ki, Kral VI Məhəmməd Əlcəzairdə keçirilən Ərəb Liqasının 31-ci Sammitində iştirak etməyib, lakin Əlcəzair prezidenti Tebbunu “dialoq” üçün Mərakeşə dəvət edib. 

24 avqust 2021-ci ildə Əlcəzair Mərakeşin "düşmən davranışını" əsas gətirərək Rabatla diplomatik əlaqələrin birtərəfli olaraq dayandırıldığını elan etmişdi. 

Mərakeş xarici işlər naziri Burita oktyabrın 31-də Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" televiziyasına verdiyi açıqlamada Kral VI Məhəmmədin Əlcəzairdə keçiriləcək sammitdə iştirak etməyəcəyinə baxmayaraq, Mərakeş nümayəndə heyətinə "konstruktiv işləməyi" tapşırdığını bildirib. Noyabrın 1-də “Əl-Ərəbiyyə” televiziyasına danışan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra, Mərakeş kralının Əlcəzairdə keçirilən Ərəb Liqası Zirvə toplantısına qatılmayaraq bir müddətdir əlaqələri pozan iki ölkə liderlərinin fürsəti əldən verdiyini bildirib.

Malik Atilay

 





02.11.2022    çap et  çap et