Takeoff təxəllüsü ilə səhnəyə çıxan ABŞ-ın aparıcı rep qrupunun “Miqos” üzvü Kirşnik Khari Ball Hyuston şəhərində silahlı hücum nəticəsində dünyasını dəyişib.
525.az xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Takeoff boulinq meydançasında qumar oynayarkən baş və boyun nahiyəsindən aldığı güllələrdən dünyasını dəyişib.
Qətl zamanı Miqosun digər üzvü Quavo musiqiçinin əmisi ilə birlikdə hadisə yerində olub. Qrupun digər üzvü Quavonun da yaralandığı iddia edilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.
Qətlin niyə törədildiyi məsələsinə indiyə qədər aydınlıq gətirilməsə də, məşhur musiqiçinin qumar oyunu zamanı yaranan mübahisə zəminində öldürüldüyü iddia edilib.
Malik Atilay
çap et