525.Az

"Lələtəpəyə qədər getmişiksə, qalan torpaqları da alacağıq" - Kəşfiyyatçı şəhid Kəlbiyev Şaiq


 

"Lələtəpəyə qədər getmişiksə, qalan torpaqları da alacağıq" - <b style="color:red">Kəşfiyyatçı şəhid Kəlbiyev Şaiq</b>

Bu dəfə də şanlı Vətən müharibəsinin daha bir şəhidi Kəlbiyev Şaiq Namiq oğlunun evini ziyarət edib, onunla bağlı xatirələri ailəsi ilə birlikdə yad etdik.

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub.2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub.

Şəhidin atası Kəlbiyev Namiq deyir ki, Şaiq əsərlikdə kəşfiyyatçı olub: 

"Hərbi xidməti zamanı Quru qoşunlarında xidmət edib. Oğlum hərbi xidmət vaxtı Naftalanda qramtaniyot üzrə oxumuşdu. Daha sonra o Ağcakəndə getdi. Əl qabiliyyəti yaxşı idi, deyirdi mən bura döyüşməyə gəlmişəm, yenə mənə deyirlər şəkillər çək. Mən döyüşmək istəyirəm. 2 ay sonra getdim ki, kəşfiyyat bölüyünə yazılıb. Orda 100 nəfərdən 10 nəfər qalmışdı. Gəldi oturdu yanımda dedi ki, ata hər şey əladır, biz missiyani yerinə yetirmişik. Mənə dedi ki, müharibə olacaq mən döyüşəcəyəm. 2016-ci ilin mart ayında mənə zəng etdi, hamı ilə danışdı, anasıgillə halallaşdı. Məndən hallıq istədi, dedim oğlum halal xoşun olsun!

Mən işə getdim, yoldaşım televizoru açıb ki, Aprel döyüşləri başlayıb. Qızım zəng etdi  ki, anamın əlləri qıc olub, heç yaxşı deyil. Elə o vaxtdan heç səhhəti düzəlmir. 25 apreldə zəng etdi, dedi, ana, mən sağam, narahat olma gəlirəm. Elə gündə gəlmişdi ki üst-başı pis gündə, çox yorğun, halsız. Dedim bu uşaqla işiniz olmasın. Oğlum ibadət edib namaz qılırdı. Həmişə deyirdi ki, belim zədələnib. Dostu aparmışdı həkimə, onda belinə mil qoymuşdular. Hər 3 aydan bir hərbi komissarlıq zəng edirdi ki, Şaiq hardadır. Deyirdilər o bizim uşaqdır, o kəşfiyyatçıdır, onu verin bizə. Şaiq həmişə deyirdi, ata, biz Lələtəpəyə qədər getmişik, yerdə qalan torpaqları da alacağıq. 

Hərbidən sonra bir müddət marketdə kassir işlədi, daha sonra özəl şirkətdə öz sahəsi üzrə işləməyə başladı. Həmişə mənə deyirdi, ata, mən yata bilmirəm. Mən getməliyəm, orda dostlarım şəhid oldular. Mən gedəcəyəm, Vətən çağırır!"

Şəhidin anası Səkinə xanım deyir ki, uşaqlığından Şaiq mənə əmi, dayı olub. O məni işləməyə belə qoymurdu:

"Çox zəhmətkeş övlad idi. Qardaşı, bacısı da var, amma bu mənə bambaşqa övlad idi. Getdim məscidə Şaiqi də aparmışdım. Dua edirdi ki, Allah, mənə bir bacı ver, adını Hökümə xanım qoyacağam. 

O tarixi, coğarafiyanı çox sevirdi. Çox yaddaşlı uşaq idi. Vətənpər idi. Həmişə deyirdi, ana, sən mənimlə fəxr edəcəksən! Mən onunla körpəlikdən fəxr edirdim. Həmişə oturub-durdu deyirdi, ana, mən həmişə cavan qalacağam, mənimlə fəxr edəcəksən!

Çox istəyərəm ki, oxuduğu 319 nömrəli orta məktəbə oğlumun adını versinlər, oğlumun ruhu da şad olar. Mən hökumətdən heç nə istəmirəm. Deyirlər oğlunun zabit rütbəsi yoxdur. Mənə ən böyük təskinlik məktəbə adının verilməsidir, bu mənim təskinlik yerimdir. Atası dedi getmə belində mil var. Qardaşı dedi gəl mən sənin yerinə gedim. Yenə də razılaşmadı. Mən balamla fəxr edirəm!  30 il sonra oğullarımız o qara ləkələrimizi üzərimizdən götürdülər. Mən indi qürurla yaşayıram. Dostu oğlumun qolunda şəhid oldu. Ana südümü ona halal edirəm. O mənim başımı necə uca etdi, hara gedirəm fəxr edirəm oğlumla. Şükür Allaha ki, bu cür övladım var. Xocalıldakı qız-gəlinlərin, günahsız körpələrin qanını aldılar. Vətən çağırsa, ikinci oğlum Orxanımı da verərəm".  

Şəhid atası deyir ki, 2020-ci il sentyabrın 28-də Şaiqə zəng etdilər, 29-u gündüz saat 15:00-da yola saldıq Mingəçevirə:

"Könüllülər hərbi komissarlıqda iştirak üçün növbə tutanda qeyd edirdilər ki, Aprel döyüşlərində Sahil qəsəbəsindən çox uşaq iştirak edib. İndi əmr gəlib ki, birinci onlar getsinlər. Oğlumu Mingəçevirə apardılar, oradan da birbaşa döyüşə,Talış Yüksəkliyinə.

Oğlum 4-5 dil bilirdi. Komandirlər qabiliyyətinə görə onu qərargahda saxlamaq istəyirmişlər. Amma Şaiq deyirdi ki, mən qabağa gedəcəyəm. Oktytabrın 17-də axşam saat 4 də Bələdiyyədən zəng gəldi ki, uşaq yaralanıb. Dedim yerini deyin gedib balamı gətirim. Axşam saat 7-də getdim Yevlaxa çatdım. Ayağından qəlpə yarası almışdı, qan axmadan şəhid olub.

Kəşfiyyatda oğlumun iki köməkçisi olub - Elcan Məmmədov, Sayəddin Məmmədov. Oktybrın 15-i gecə gediblər neytraldan şəhidləri gətiriblər.

Oktyabrın 17-nə keçən gecə  Ağdərədə 9 saat döyüşüblər. Onun hər bir cibində xırda bayraq olurdu, azad etdikləri yerə o bayarağı sancırdı. Axırıncı bayarağı Şuşaya sancmağa saxlayırdı. Oğluma bu qismət olmadı, ancaq həmin bayrağı Şuşaya mən aparacağam. Həmişə deyirdi ki ermənilər bizdən qorxurlar. Bizim bu cür döyçülərimiz, 052, Yaşmanın olduğunu bilmirdilər. Nələr edirdik biz.

Oğlumun kəşfiyyatda ləqəbi Saşa idi. Üzlərini örtər, maskalanardılar. Əfasnəvi döyüşçü olub mənim oğlum. Orada nəsə kiçik mübahisə olanda deyirmiş biz bura, erməniləri qovmağa gəlmişik. Mehriban olun!" 

Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2–5 tarixlərində şanlAprel döyüşlərində savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruhun şad olsun, nur üzlü şəhid qardaşım! 

 





02.11.2022    çap et  çap et