525.Az

Baydenin yeni səhvi: "İnsulini icad edən adamla danışdım"


 

Baydenin yeni səhvi: "İnsulini icad edən adamla danışdım"<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Floridada keçirilən tədbirdə çıxışı zamanı heyrətamiz açıqlamalar verib. O, Baydenin doğulmasından bir il əvvəl vəfat edən Frederik Bantinqlə danışdığını iddia edib.

525.az xəbər verir ki, son zamanlar qəribə davranışları ilə diqqət çəkən 79 yaşlı Bayden ABŞ-ın cənub-şərqində yerləşən Hallandale şəhərində keçirilən tədbirdə ictimaiyyətlə görüşüb. 

Sağlamlıq barədə danışan Bayden izdihama: "Sizdən neçə nəfər diabet xəstəsidir və insulinə ehtiyacınız var?", - sualını verib. Daha sonra çıxışına davam edən Bayden şokedici açıqlamalar verib və bu ifadələrdən istifadə edib: “Şəkərli diabet üçün insulin preparatının istehsalının nə qədər baha olduğunu bilirsinizmi? Bu dərmanı patentinin ictimai olmasını istəyən bir adam istehsal edib. Mən onunla danışmışam".

Malik Atilay

 





02.11.2022    çap et  çap et