525.Az

Baş İdarənin rəisi cəbhə bölgəsində


 

Baş İdarənin rəisi cəbhə bölgəsində<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96- ildönümü ərəfəsində Bakı Şəhər Gənclər İdman Baş İdarəsi "Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, idmançı ictimai fəal gənclərin Naftalan şəhərində Tərtər rayonu ərazisində ön xətdə xidmət edən əsgərlərlə görüşü keçirilib.

Qonaqlar əvvəlcə Naftalan şəhərində yerləşənNsaylı hərbi hissədə olublar. Əsgərlər qarşısında çıxış edən Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov "Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin sədri Emin Həsənli ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan bəhs edib, əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildiriblər.

Sonra "Şur" ansamblının ifasında konsert proqramı olub.

Daha sonra qonaqlar Tərtər rayonunun düşmənlə təmasda olan ərazisinə - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi hazırda onun adını daşıyan "Mübariz" postuna gediblər. Onlar düşmənlə üz-üzə olan postda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olmuş, işğal altındakı ərazilərimizi düşmən mövqelərini müşahidə ediblər. Qonaqlar əsgərləri bayram münasibətilə təbrik edərək çətin şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını bildiriblər.

Xidmətdə fərqlənmiş əsgərlərə, həmçinin kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirlərinə fəxri fərman xatirə hədiyyələri təqdim edilib.

 





20.06.2014    çap et  çap et