525.Az

Rusiya: NATO Mərkəzi və Şərqi Avropada hərbi gücünü 2,5 dəfə artırıb


 

Rusiya: NATO Mərkəzi və Şərqi Avropada hərbi gücünü 2,5 dəfə artırıb<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, fevral ayından etibarən NATO-nun Mərkəzi və Şərqi Avropadakı hərbi qüvvələrinin sayı 2,5 dəfə artaraq 30 mini keçib.

525.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus hərbi rəsmiləri ilə birgə iclasda çıxışında Rusiyanın qərb sərhədlərindəki vəziyyətlə bağlı qiymətləndirmələr edib. Şoyqu bildirib ki: "Kollektiv Qərbin dağıdıcı səylərinin əsas məqsədi Rusiyanın iqtisadi, hərbi potensialının və müstəqil xarici siyasətinin qarşısını almaqdır".

Şoyqu: "Mərkəzi və Şərqi Avropada NATO-ya üzv olmayan qeyri-regional dövlətlərin silahlı qüvvələrinin birləşmələri Baltikyanı ölkələrdə yerləşdirilir. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradılır. 2022-ci ilin fevral ayından etibarən hərbi qrupların sayı 2,5 dəfə artaraq 30 min nəfərdən çox olub və qısa müddətdə bu rəqəm daha da arta bilər", - deyib.

Bölgədə NATO əsgərlərinin artırılması nəticəsində Belarusun, xüsusilə də Rusiyanın müttəfiqlərinin təhlükə altında olduğuna diqqət çəkən Şoyqu, Rusiyanın əsas vəzifəsinin Belarusla qurduqları Birlik dövlətinin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. Şoyqu həmçinin bildirib ki, Qərb ölkələri Kiyevi müasir silah və sursatla, kəşfiyyat məlumatları ilə təmin etməklə, hərbi müşavirlər və muzdlular göndərməklə Ukraynada münaqişənin gərginləşməsini təşviq edir.

Məhəmməd Tağıyev

 





03.11.2022    çap et  çap et