525.Az

Covid-19 və Ukrayna müharibəsi Almaniya iqtisadiyyatına 420 milyard avroya başa gəlib


 

Covid-19 və Ukrayna müharibəsi Almaniya iqtisadiyyatına 420 milyard avroya başa gəlib<b style="color:red"></b>

Alman İqtisadiyyat İnstitutu (IW) son araşdırmasında Covid-19 epidemiyası və Ukraynadakı müharibə səbəbiylə 2020-2022-ci illər arasında Almaniya iqtisadiyyatına 420 milyard avro maliyyə itkisi verdiyini açıqlayıb.

525.az xəbər verir ki, "Reuters"in araşdırmasında: "Üç böhran ilində 125 milyard avro sərmayə qoyulmamağı rifah üzərində uzunmüddətli çətinliklər yaratdı", - qeyd edilib. 

Bu itkinin bir hissəsinin “yüksək dövlət xərcləri” ilə qarşılandığını bildirən IW, insanların alıcılıq qabiliyyətinin zəifləməsi və inflyasiya səbəbindən təxminən 400 milyard avro zərər yaşadıqlarını qeyd edib.

Oktyabrın 12-də Almaniya hökuməti 2022-ci il üçün daha əvvəl 2,2 faiz olaraq açıqlanan rəsmi artım proqnozunu enerji böhranının təsiri, qiymət artımı və təchizat çətinlikləri səbəbindən 1,4 faizə endirib, eyni zamanda gələn il üçün tənəzzülü proqnozlaşdırıb. 

Hökumət 2023-cü ildə iqtisadiyyatda 0,4 faiz kiçilmə gözlədiyi halda, Alman Sənaye və Ticarət Palataları Birliyi (DIHK) Alman şirkətlərinin gözlədiyi iqtisadi kiçilmənin təxminən 3 faiz olacağını açıqlayıb.

Malik Atilay

 





03.11.2022    çap et  çap et