525.Az

Rusiya XİN: Nüvə qüvvələrinin prioriteti hərbi münaqişələrin qarşısını almaqdır


 

Rusiya XİN: Nüvə qüvvələrinin prioriteti hərbi münaqişələrin qarşısını almaqdır<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, nüvə silahı olan dövlətlər üçün hərbi münaqişələrin qarşısını almaq prioritet məsələdir və onlar bu istiqamətdə fəaliyyət göstərməlidirlər. 

525.az xəbər verir ki, Nazirliyin “nüvə müharibəsinin qarşısının alınması” ilə bağlı verdiyi yazılı açıqlamada Rusiyanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (UNSC) daimi üzvü olduğu və nüvə silahına malik olduğu xatırladılıb. 

Bu kontekstdə beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin gücləndirilməsi ilə bağlı məsələlərdə Rusiyanın məsuliyyət daşıdığı vurğulanan bəyanatda “Rusiya nüvə müharibəsinin qəbuledilməzliyi prinsipi əsasında ciddi və ardıcıl olaraq nüvədən çəkindirmə siyasətini əsaslandırır” ifadəsi işlədilib. 

Bundan əlavə, Rusiyanın bu sahədəki doktrinalarının spesifik olduğu və müdafiə xarakterli olduğu və yanvarın 3-də nüvə silahı olan 5 ölkə liderlərinin birgə bəyanatına sadiqliyini təsdiq etdiyi bildirilib.

Malik Atilay

 





03.11.2022    çap et  çap et