525.Az

Şahzadə Diananın sol əlinin heykəli satılır


 

Şahzadə Diananın sol əlinin heykəli satılır<b style="color:red"></b>

Şahzadə Diananın sol əlinin əsl formasına tam olaraq tətbiq olunan tökmə heykəl satışdadır. Gələn həftə hərracda Diananın əlinin 40 min funt-sterlinqə satılacağı gözlənilir.

525.az xəbər verir ki, Şahzadə Diananın ölümündən 25 il sonra satışa çıxarılan "Ford Escort" markalı avtomobildən sonra onun sol əli də satışdadır. Diananın real ölçülü əl heykəli hərraca çıxarılacaq. 1997-ci ildə baş verən faciəvi qəzadan sonra həyatını itirən, lakin illər keçsə də yaddaşlardan silinməyən şahzadə Diananın sol əli Kolçesterdəki "Reeman Dansie" hərrac evində sərgilənəcək və öz alıcısını axtaracaq. Dünyaca məşhur heykəltəraş Oskar Nemonun əl heykəlinin təxminən 40 min funt sterlinqə satılacağı gözlənilir.

Qeyd edək ki, 1985-ci ildə vəfat edən Nemon Kraliça Yelizaveta, Uinston Çörçill və Ziqmund Freyd kimi adların heykəllərini də hazırlayıb.

Məhəmməd Tağıyev

 





03.11.2022    çap et  çap et