525.Az

Sabah yay gəlir


 

Sabah yay gəlir<b style="color:red"></b> Sabah Azərbaycana yay fəsli gələcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, bu il yay Azərbaycana iyunun 21-də Bakı vaxtı ilə saat 15:51 dəqiqədə daxil olacaq.
 
Yayın və qışın daxil olmasına isə Günəş duruşu deyilir (Yay və Qış Günəş duruşu). Beləliklə, iyunun 21-də Yay Günəş duruşunda olarkən Azərbaycana yay gələcək. Dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olacaq.
 
X.Mikayılovun sözlərinə görə, payız fəsli sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacaq və həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq. Qış Azərbaycana dekabrın 22-də Bakı vaxtı ilə saat 03:03 dəqiqədə qədəm qoyacaq.
 
 





20.06.2014    çap et  çap et