525.Az

Putin: Prezident Ərdoğanın səyləri ilə Türkiyəyə taxıl tədarükünü əngəlləməyəcəyik


 

Putin: Prezident Ərdoğanın səyləri ilə Türkiyəyə taxıl tədarükünü əngəlləməyəcəyik<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin: Rusiya tərəfsizliyi və prezident Ərdoğanın yoxsul ölkələr üçün göstərdiyi səylər səbəbindən gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünün qarşısını almayacaq.

525.az xəbər verir ki, Putin: "Rusiya Ukraynanın verdiyi zəmanətləri pozarsa, sazişdən (taxıl) çıxmaq hüququnu özündə saxlayır. Rusiya istər bitərəfliyi, istərsə də prezident Ərdoğanın kasıb ölkələr üçün göstərdiyi səylər səbəbindən gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünün qarşısını almayacaq", - deyə bildirib. Türkiyənin vasitəçilik səyləri ilə vəziyyətin aydınlaşdığına diqqət çəkən Putin:  "Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfdən Ukraynanın bu zəmanətləri verdiyi barədə məlumat aldı. Biz Ukraynadan belə bir hadisənin gələcəkdə baş verməyəcəyinə dair təminat tələb etmişik. Bu kontekstdə müqavilə çərçivəsində işimizi davam etdirməyi tapşırdım. Rusiya Ukraynanın verdiyi zəmanətləri pozarsa, müqavilədən çıxmaq hüququnu özündə saxlayır", - deyib. 

Putin Rusiya müqavilədən çıxacağı təqdirdə, Ukraynadan yoxsul ölkələrə göndərilən taxılın miqdarını göndərməyə hazır olduqlarını vurğulayıb. Gələcəkdə Rusiya müqavilədən çıxsa belə, Ukraynadan Türkiyəyə daşınmalara mane olmayacaqlarını vurğulayan Putin: "Rusiya tərəfsizliyi, taxıl emalı sənayesinin imkanları və prezident Rəcəb Tayyib Ərdoğanın kasıb ölkələr üçün göstərdiyi səylərə görə gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünün qarşısını almayacaq. Bu mənada zərrə qədər də şübhəmiz yoxdur və hər şəraitdə Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik", - deyə bildirib.

Məhəmməd Tağıyev

 





04.11.2022    çap et  çap et