525.Az

Türkiyə və Yunanıstanın hərbi gücü müqayisə edilib


 

Türkiyə və Yunanıstanın hərbi gücü müqayisə edilib<b style="color:red"></b>

Yunanıstanın Egey və Şərqi Aralıq dənizində təxribatlarının artması səbəbindən Türkiyə və Yunanıstan arasında gərginlik artıb. Son olaraq Türkiyə Prezidenti Ərdoğan Yunanıstana xəbərdarlıq edib. Bu xəbərdarlıq yunan mətbuatında gündəmdə olduğu bir vaxtda, bu iki ölkənin hərbi qüvvələri müqayisə edilib.

525.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin “Türkiyəyə F-16 satmayın” deməsinin ardından hər iki ölkə arasında olan münasibətlər daha da gərginləşib. Bu gərginlik səbəbilə Business Insider iki ölkənin də hərbi gücünü müqayisə edib. 

Xəbərdə Türkiyə və Yunanıstanın 1952-ci ildən NATO müttəfiqi olduqları və NATO-nun ilk üzvlərindən olduqları lakin iki ölkə arasında olan fikir ayrılıqlarının ittifaqdan əvvələ aid olduğu bildirilib.

Son illərdə iki ölkə arasında artan gərginliyə diqqət çəkən xəbərdə Yunanıstanın silahlanma yarışına girdiyi bildirilib. NATO ittifaqında hərbiyə ən çox xərc çəkən ölkənin də Yunanıstan olduğu bildirilib.

Xəbərdə Yunanıstanın 2022-ci ildən bu günədək Fransadan 24 ədəd Rafaele təyyarəsi, 7 ədəd sualtı qayıq əleyhinə döyüş helikopteri almağı planlaşdırdığı və Egey adalarında İsrailin dəmir günbəzinə oxşar HHM sistemi qurduğu və bununla da Türkiyənin PUA-larına qarşı mübarizə apara bilməyi hədəflədikləri qeyd edilir.

Xəbərdə qeyd edilib ki, Yunanıstan NATO-nun Avropa ölkələri arasında ən böyük tank gücünə malik ölkəsi olsa belə, Türkiyənin də ABŞ-dan sonra NATO-da ikinci ən böyük orduya, ikinci ən böyük tank və artilleriya gücünə sahib olduğu bildirilib.

Digər tərəfdən Türkiyənin pilotsuz uçuş aparatları texnologiyası və istehsal etdiyi təyyarələrlə NATO-nun ən yaxşıları arasında olduğu vurğulanan xəbərdə Türkiyə istehsalı olan Bayraktar TB-2-lərə də diqqət çəkilib. Onun Ukrayna müharibəsindəki rolu ilə böyük diqqət gördüyü bildirilib.

Fərid Sançar

 





04.11.2022    çap et  çap et