525.Az

Yaponiyada "Mədəniyyət Günü" - ARAŞDIRMA


 

Yaponiyada "Mədəniyyət Günü"  - <b style="color:red">ARAŞDIRMA</b>

Müasir Yaponiyanı Meyci dövrü olmadan təsəvvür etmək, Meyci dövründən isə İmperator Meycini (3 noyabr 1852 - 30 iyul 1912, Yaponiyanın 122-ci İmperatoru) qeyd etmədən danışmaq mümkün deyil. Tarixlər imperatorun doğum gününə göstərərkən Yaponiyada dövlət səviyyəsində Mədəniyyət Günü bayramı qeyd edilir.

525.az bu gün barədə bir neçə faktı sizə təqdim edir.

1927-ci ildə təsis edilmiş və hər il noyabrın 3-də qeyd olunan "Meiji" Bayramı Günü islahatçı hökmdar olan İmperator Meycinin doğum gününün qeyd olunmasını simvolizə edirdi. 1948-ci ildə bu adla qeyd olunan gün ləğv edilib və “Milli bayramlar haqqında” qanunla “Mədəniyyət günü” təsis edilib. Yeni bayramın ideoloji mənası da həmin qanunla müəyyən edilib: “Azadlığı və sülhü sevmək, mədəniyyətin inkişafına kömək etmək”. Beləliklə, bayram adından imperator Meycinin adı silinsə də lakin Yaponiyada “mədəni inqilab”ın məhz Meyci dövründə baş verdiyinə şübhə yoxdur.

Mədəniyyət Günü həm də yaponlara ağıl və ruh üçün faydalı vaxt keçirməyə imkan verən ümummilli istirahət günüdür. Yaponiyanın qədim paytaxtları Kyoto və Nara, dəniz və dağ kurortları, digər günlərdə turistdən əskik olmayan milli parklar və isti bulaqlar Mədəniyyət Günündə yapon və xarici turistlərin ziyarətinə hazırdır. Bir çox muzeylər, sərgi salonları və incəsənət qalereyaları ziyarətçilərə mədəniyyət xəzinələrindən pulsuz istifadə etmək imkanı verir.

Ənənəvi olaraq, Mədəniyyət Günündə ədəbiyyat, poeziya və rəssamlıqda xidmətlərinə görə mükafatlar verilir. Gənc yazarların xidmətləri xüsusilə qeyd olunur, bununla da ədəbiyyatın gənclər arasında inkişafına və populyarlaşmasına dəstək verilir. Bu gün Mədəniyyət Gününü Yaponiyanın bütün universitetlərində keçirilən mədəniyyət festivalları olmadan düşünmək mümkün deyil. Böyük bir mədəni ənənədir!

Tələbələr “mədəniyyət həftəsi”nə çox ciddi hazırlaşırlar: onlar gənclər arasında tanınmış və dəbdə olan musiqiçiləri, yazıçıları, dizaynerləri görüşə dəvət edirlər; həvəskar universitet orkestrləri və tələbə rok qrupları nümayiş proqramlarını məşq edir; kampuslarda yemək, içki, suvenirlər, universitetin simvollarını satmaq üçün çadırlar qurulur.

“Mədəniyyət həftəsi”də dərs demək olar ki, yoxdur və şəhərcik yerli sakinlər, uşaqlar, valideynlər və dostlar üçün açıqdır. Yuxarı sinif şagirdləri qonaqlara universitet həyatı və gələcək peşələri haqqında danışırlar. Dəvət olunan məşhurlar işlərindən danışır, pərdəarxası həyatın bəzi təfərrüatları ilə tamaşaçıları danışır, sualları cavablandırırlar. 

Maraqlıdır ki, əcnəbi tələbələr də öz ölkələrinin mədəniyyətini, milli mətbəxini, geyimlərini, musiqisini təmsil edən festivalda mütləq iştirak edirlər. Bayram əyləncəsi axşam saatlarında tələbə orkestrinin və ya həvəskar rok və ya caz qrupunun sədaları altında alovlanır. Təbii ki, Mədəniyyət Günündə Yaponiyanın küçələrində, parklarında, tarixi yerlərində milli geyimdə - kimono geyinmiş qadın və qızları görə bilərsiz. Kimono geymiş qadın Yaponiyada çoxəsrlik mədəni ənənədir və nə zamanın keçməsi, nə də müasir dünyanın dəyişkənliyi ona təsir etmir. 

Malik Atilay

 





04.11.2022    çap et  çap et