525.Az

İran-Azərbaycan müştərək iqtisadi komissiyasının iclası keçiriləcək


 

İran-Azərbaycan müştərək iqtisadi komissiyasının iclası keçiriləcək<b style="color:red"></b>

Bu il avqustun 4-5- Bakıda İran-Azərbaycan müştərək iqtisadi komissiyasının iclası keçiriləcək. Bunu Bakıda İranın sənaye, mədən ticarət nazirinin müavini Müctəba Xosrovtac İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müştərək komissiyanın iclası iki ölkə prezidentlərinin istəkləri nəticəsində keçirilir: “Onlar bu əlaqələrin genişlənməsində heç bir maneə görmür onun genişlənməsini istəyirlər”.

M.Xosrovtac qeyd edib ki, iki ölkə arasında gözəl iqtisadi əlaqələr inkişaf edir hər iki ölkə özəl sektor arasında əlaqələrin inkişafında maraqlıdır: “Biz özəl sektorda çalışan ticarətçi iqtisadçılara təşəkkür edirik ki, iqtisadi blokadaya baxmayaraq, bu əlaqələri daim yüksək səviyyədə saxlamağa çalışıblar”. O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə dini, mədəni, tarixi bağlılıqlar çoxdur bizim vəzifəmiz bu bağlılığı daha da möhkəmləndirməkdir. Bu əlaqələrin genişlənməsi iki ölkənin maraqlarına xidmət edir. M.Xosrovtac deyib ki, iki ölkənin iqtisadi potensialı hazırkı vəziyyətdən qat-qat çoxdur: “Mən Azərbaycana səfərim zamanı istehsalat sənayenin inkişaf sahələrini görmək istəyirdim ki, İranın özəl sektoruna çatdırım, Azərbaycanda hansı sahələrə investisiya yatırmaq olar”. Onun sözlərinə görə, İran yaxın zamanlarda Azərbaycanda keçiriləcək tikinti materialları sərgisində fəal iştirak edəcək: “Azərbaycanda istifadə olunan tikinti materiallarının bir hissəsi İrandan gətirilir. Lakin bu, mövcud potensialdan aşağıdır, biz bunu yüksəltməliyik”.

İran rəsmisi məhsulların tranziti nəql sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb: “Belə ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Qafqaz, Orta Asiya, eləcə Rusiyanın çoxdan istədiklərindən biri budur ki, İran vasitəsilə öz məhsullarını çatdıra bilsinlər. Biz qonşu ölkələrlə əlaqələri, tranzit daşımalarını inkişaf etdirmək istəyirik. Dəmiryol xəttinin inkişafı bu baxımdan çox önəmlidir. Tehran-Rəşt-Astara dəmiryol xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Əgər biz bu dəmiryol xəttinin çəkilişini başa çatdıra bilsək, Qafqaz ölkələri ilə İranın dəmiryol xətti ilə böyük əlaqələr yaranacaq”. O bildirib ki, Azərbaycan xalqı qədimdən İrana gediş-gəlişi çox sevib: “Hazırda hər il Azərbaycandan 1 milyona yaxın insanı qəbul edirik. Onların çoxu İrana müalicə məqsədi ilə gəlir. Biz hesab edirik ki, insanların gediş-gəlişi üçün maneələri aradan qaldırmalı, qanunları sadələşdirməliyik”.

M.Xosrovtac deyib ki, bu gediş-gəlişi hava nəqliyyatı yolu ilə asanlaşdırmaq olar: “Hava reyslərinin sayının artırılması imkanı da var. Azərbaycan əhalisinin İranda getdiyi yerlərdən biri Məşhəd şəhəridir. “Azərbaycan Hava Yollarıistəsə Məşhəd şəhərinə birbaşa hava reysi açmaq olar. Bundan əlavə, gələcəkdə iki ölkə arasında dəniz nəqliyyatında, sərnişindaşımalarda da xətt açılacaq. İnsanlar Ənzəlidən Bakıya gedə biləcəklər”. O, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə iki ölkə arasında gömrük məsələlərinin sadələşdirilməsi məsələsini müzakirə etdiyini deyib: “Malların sərnişinlərin daha rahat keçməsi üçün gömrük orqanları rəhbərlərinin görüşməsi müzakirələrin intensiv olmasının tərəfdarıyıq”. Nazir müavininin sözlərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə isə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib: “Enerji əməkdaşlığı müştərək layihələr şəklində Rusiya digər ölkələrlə birlikdə həyata keçirilə bilər. Biz rəsmi şəkildə bəyan etdik ki, enerji sahəsində əlaqələri genişləndirməyə hazırıq. ARDNŞ prezidenti ilə görüşdə neft-kimya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini vurğuladıq. Bu sahədə əməkdaşlıq üçün münasib şərait var. Biz elan etdik ki, Azərbaycandan qaz almaq istəyirik. Həmçinin Azərbaycanın qaz anbarlarında qazın saxlanmasına ehtiyac olduğunu bəyan etdik”. Onun fikrincə, iki ölkənin özəl sektorunda sərmayələrin qoyulması çox önəmlidir. Bakıya budəfəki səfər zamanı İranın özəl sektorunun nümayəndələri iştirak edib. Onlar öz məqsədləri potensialları barədə məlumat veriblər: “İranın özəl şirkətləri Azərbaycanda sərmayə qoymaqda maraqlıdır. İstərdik ki, Azərbaycanın da özəl şirkətləri İranda müxtəlif layihələrə sərmayə qoysunlar, birgə görsünlər”.

Nazir müavini bildirib ki, iki ölkə arasında qarşılıqlı səfərlər baş tutacaq: “Xorasan vilayətinin valisi Bakıya səfərə gələcək. Bu səfər zamanı Xorasanda sərmayə qoyuluşu üçün Azərbaycanın özəl şirkətlərinə lazımi şərait təqdim olunacaq. Azərbaycandan olan bəzi şirkətlər Xorasan vilayətində, Məşhəd şəhərində hotel biznesinə sərmayə qoymaq istəyirlər. Bu sahədə əməkdaşlıq yolları araşdırılacaq. Azərbaycan dövləti polad istehsalı sahəsində böyük sərmayələr yatırır. Bu sahədə əməkdaşlıq etmək olar”. Mətbuat konfransında iştirak edən Maku Araz azad ticarət zonalarının, o cümlədən özəl sektorun nümayəndələri iki ölkə arasında iqtisadi əlaqələrin mümkün inkişaf yollarından danışıblar.

Araz azad iqtisadi zonası rəhbərinin ticarət işləri üzrə müavini Əliyar Rastiqu deyib ki, Araz azad iqtisadi zonasında 148 müəssisə yaradılacaq: “Burada Azərbaycandan 4 şirkət fəaliyyət göstərir. Onlar neft-kimya sahəsində, izolyasiya məhsulları, birdəfəlik istifadə olunan qablar inşaatda istifadə olunan kisələrin istehsalı ilə məşğuldurlar. Biz çox istərdik ki, Azərbaycan şirkətləri bu layihələrdə iştirak etsinlər”. Araz azad ticarət zonasında Ermənistan şirkətlərinin iştirakına gəlincə, M.Xosrovtac deyib ki, azad iqtisadi zonada hansısa şirkətin fəaliyyətinə mane olmaq düzgün olmazdı: “Azərbaycan müstəqillik qazandıqdan bəri onun ərazi bütövlüyünü dəstəkləmişik Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olmuşuq. Amma dostların gözləntiləri olmamalıdır ki, biz orada hər hansı şirkətin fəaliyyətinə mane olaq”.

 





21.06.2014    çap et  çap et