525.Az

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb


 

Ukraynada SOCAR brendi ilə daha bir  yanacaqdoldurma məntəqəsi açılıb<b style="color:red"></b>

Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. ARDNŞ-nin rəsmi saytının verdiyi məlumata görə, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-idir. Burada Polşa Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır. Məntəqə ərazisində A-92, A-95, A-95 TMNanobenzinləri TMNanodizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TMNanodizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir. Müştərilərə avtomobilin su təchizatı, təkərlərin doldurulması, təmizləmə kimi pulsuz xidmətlər göstərilir. Biznes-guşədə isə onlar pulsuz noutbukdan internet xidmətindən istifadə edə, mobil telefonlara enerji yükləyə bilərlər.

YDM ərazisində fəaliyyət göstərənButacafe müştərilərə ətirli qəhvə, Azərbaycan mətbəxinin ləziz yemək şirniyyatları təklif olunur. Müştərilərin tam rahatlığını təmin etmək üçün məntəqə ərazisində ana uşaq otağı, Wi-Fi ilə təchiz olunmuş yay köşkləri fəaliyyət göstərir
 





21.06.2014    çap et  çap et